Menu
Geri İrəli

Xədicə İsmayıl da amnistiyaya düşüb

Müəllif: sumqayitxeber.com • Tarix: 22 İyun 2016 • Baxış sayı: 175 dəfə • Şərh yoxdur

13d97d780fddf8b1b4e08e5684ca1a95

Jurnalist Xədicə İsmayılova Elman Türkoğlunun ona qarşı iddiası ilə bağlı iş üzrə amnistiyaya düşüb.

Bu barədə vəkil Fariz Namazlı məlumat verib. Vəkil bildirib ki, X.İsmayılova 2500 manat həcmində cəriməni ödəməkdən azad edilib.

Xatırladaq ki, E.Türkoğlu X.İsmayılı onun şərəf və ləyaqətini təhqir edib böhtan atdığı iddiası ilə məhkəməyə müraciət etmişdi.

İyunun 21-də Binəqədi Rayon Məhkəməsinin məhkəmə qərarlarının icrası şöbəsində X.İsmayılovanın amnistiyaya düşməsi barədə sənədi ona təqdim ediblər.

Buna baxmayaraq, jurnalist bəraət almaq niyyətindədir. X.İsmayılın kassasiya şikayətinə iyunun 28-də Ali Məhkəmədə baxılacaq.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın