Menu
Geri İrəli

Xəzər dənizinin Rusiya hissəsi YOX OLACAQ – TƏHLÜKƏ

Müəllif: sumqayitxeber.com • Tarix: 30 Avqust 2017 • Baxış sayı: 470 dəfə • Şərh yoxdur
Share Button

axtaris denizQlobal istiləşmənin mövcud templə inkişafının nəticəsi olaraq Xəzər dənizinin akvatoriyasının Rusiya hissəsi 75 ildən sonra xeyli daralacaq.

Publika.az bildirir ki, belə nəticəyə Amerika, Rusiya və Fransa alimlərinin birgə rəyi nəticəsində gəlinib. Tədqiqat barədə “Geophysical Research Letters” jurnalında qısa məqalə dərc olunub.

Alimlər bildirir ki, 1996-cı ildən etibarən 2015-ci ilə qədər hər il Xəzər dənizində suyun səviyyəsi 7 santimetr azalır. Qeyd edilən müddət çərçivəsində suyun səviyyəsi 1.4 metr azalıb ki, bu da, 1970-ci illərin sonlarında qeydə alınan göstəricidən 1 metr çoxdur.

Ekspertlər Xəzər dənizində suyun səviyyəsinin bundan sonra da kəskin enəcəyini qeyd edir. Baş verənlərdən daha çox dənizin şimal hissəsi – Rusiya və Qazaxıstan zərər görəcək. İstiləşmənin mövcud tempi indiki kimi qalarsa, 75 ildən sonra sözügedən ərazilərdə suyun tamam quruması proqnozlaşdırılır.

Qurumanın səbəbi kimi qlobal istiləşmə nəticəsində atmosferin (son otuz il ərzində təxminən 1 dərəcə Selsi) üz qatının temperaturunun yüksəlməsi göstərilir.

Belə nəticəyə müəlliflər GRACE (Gravity Recovery And Climate Experiment) yerüstü müşahidələr missiyasının peyklərindən alınan məlumatları təhlil edərək gəliblər.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın