Menu
Geri İrəli

Yağış, dolu, 37 dərəcə isti…

Müəllif: sumqayitxeber.com • Tarix: 21 İyun 2016 • Baxış sayı: 641 dəfə • Şərh yoxdur

havaSabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya DepartamentindənLent.az-a verilən məlumata əsasən, günün birinci yarısında yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.  Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 20-25, gündüz 29-34, Bakıda gecə 23-25, gündüz 32-34 dərəcə isti olacaq.

Tibbi meteoroloji proqnoza gəlincə, yaxın 2 gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohhəsas insanlar üçün əsasən əlverişlidir.

İyunun 22-də Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı,  dolu düşəcəyi, günün ikinci yarıısında əsasən yağmursuz olacağı  gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 21-26 dərəcə isti olacaq.

 

Facebook Şərhləndirmə:

Şərhinizi yazın