Menu
Geri İrəli

Yağış, sulu qar, qar yağacaq – Sabahın hava proqnozu

Müəllif: sumqayitxeber.com • Tarix: 2 Dekabr 2016 • Baxış sayı: 124 dəfə • Şərh yoxdur

Bakı və Abşeron yarımadasında dekabrın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, zəif duman olacağı ehtimalı var.

Şimal-qərb küləyi gündüz cənub-qərb küləyi ilə əvəz olunacaq, arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA-ya verilən məlumata görə, havanın temperaturunun yarımadada gecə 3-6° isti, gündüz 8-12° isti, Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 756 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 80-90%, gündüz 65-75% təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış, sulu qar, qar yağacağı, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1-6° isti, gündüz 8-13° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın