Menu
Geri İrəli

YALNIZ AZAD və MÜSTƏQİL OLMAQ!

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 291 dəfə • Şərh yoxdur
Share Button

15059422795129132405_1000x669BMT Baş Assambleyasının 72-ci sessiyası “Diqqət insanlara: Dayanıqlı Planetdə sülh və firavan həyat üçün üçün səy göstərmək” mövzusuna həsr edilmişdi. Azərbaycan Prezidenti cənab İlham Əlliyevin sessiyada çıxışı əhatəliyi və məzmun baxımından həm Azərbaycan, həm də BMT üçün maraqlı məqamları ilə seçilirdi. Çıxışda ölkə prezidenti Azərbaycanın 2004-cü ildən başlayaraq əldə etdiyi sosial-iqtisadi uğurlardan söz açaraq ölkənin regionda iqtisadi inkişafın əsas hərəkətverici qüvvəsinə çevrildiyini qeyd etmişdir. Daxili inkişafa nail olan, əhalinin həyat tərzini xeyli yaxşılaşdırmağa nail olan Azərbaycan həm karbohidrogen ehtiyatlarının ixracı, həm də Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallşdırılması ilə dünyada  mühüm iqtisadi katalizator rolunu oynamağa başlamışdır. Azəraycanın mədəni, dini müxtəlifliyi dəstəklədiyini sessiya iştirakçılarının diqqətinə çatdıraraq ölkə Prezidenti ölkədə olan multikultural ab-havadan və bunu insanlar arasında əmin amanlıq və sosial inkişafda oynadığı roldan danışmışdır.

Yüksək kürsüdən Azərbaycanın ən ağrılı problemi olan Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğqalşı siyasətindən əl çəkməməsi bir daha sessiya iştirakçılarının diqqətinə çatdırılmışdır. Təcavüzkarın cəzalandırılmaması, ona qarşı sanksiyaların tətbiq olunmasması dünyada hüqiqi və mənəvi ədalətin pozulması ilə yanaşı cəzasizlıq şəraitinin hökm sürməsinə və belə cinayətlərin yenidən təkrar olunmasına gətirib çıxardığını qeyd edən Azərbaycan Prezidenti BMT Təhlükəsizlik Şurdasının qəbul etdiyi qətnamələrin icra olunmasının həm Azərbaycan üçün, həm də BMT üçün həyati əhəmiyyət kəsb etdiyini qeyd etmişdir. BMT-də islahatların aparılmasının vacibliyini qeyd edən ölkə Prezidenti islahatların məhz elə Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirilməsi mexanizmlərində aparılmasının vacibliyinin mühüm əhəmiyyət kəsb etdiyini xüsusi vurğulamışdır.

Hüquqi mexanizmlərlə yanaşı Ermənistanın öz işğalçı siyasətinə son qoyması üçün Azərbaycanın BMT-in tanıdığı hüquq normaları çərçivəsində Ermənistanı cəzalandırmaq üçün bütün imkanlara sahib olduğu da vurğulamışdır. Keçən ilin aprel ayında Azərbaycanın bu vasitədən istifadə edərək mülki əhalini atəşə tutan Ermənistan işğalçı qüvvələrini cəzalandırmışdır və Ermənistan rəhbərliyinə bu dərsi unutmamaq tövsiyyə edilmişdir. Dinc əhalini, uşaq və qadınları qətlə yetirən Ermənistan prezidenti öz adı ilə – hərbi cinayətkar adı ilə adlandırılmışdır. Azərbaycanın daim sülh və mehriban qonşuluq siyasətinə sadiq qaldığını qeyd edən ölkə başçısı Ermənistan təxribatlarının qarşısının qətiyyətlə alınacağını da xüsusi vurğulamışdır.

Azərbaycanın BMT-yə verdiyi dəyərdən bəhs edən ölkə başçısı Azərbaycanın BMT ən fəal üzvlərindən biri olduğu, 2011-ci ildə Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyr-daimi üzv qəbul olunmasından, ölkədə keçirilən BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumundan, Dünya Dini Liderlər Forumundan, 4 dəfə keçirilmiş Mədəniyyətlərarası Dialoq, 5 dəfə keçirilmiş Bakı Beynəlxalq Humanitar Forumundan söz açaraq bütün bu fəaliyyətin dünyada qarşılıqlı etimadın və dialoqun yaranmasına xüsusi xidmət etdiyini sessiya iştirakçılarının diqqətinə çatdırmışdır.

Azərbaycanda dövlət-vətəndaş münasibətlərinin ASAN Xidmət modelinin BMT tərəfindən yüksək mükafatla təltif edilməsini vuğulayan ölkə başçısı bu modelin bir çox ölkələr üçün cəlbedici olması və Azərbaycanın bu innovativ xidmət məhslunu digər ölkələ ixrac etməyə başlamaq əzmində olmasını da qeyd etmişdir.

Azərbaycanda dövlət siyasətini əsas məqsədinin ölkə vətəndaşlarının rifah halının daha da yaxşılaşdırılması, demokratiyanın inkişafı, insan hüquqlarının müdafiəsi, bütün fundamental azadlıqların müdafiəsi olduğun qeyd edən Azərbaycan Prezidenti bütün bunlara nail olmağın tək yolunun isə azad və müstəqil olmaqdan, ölkənin taleyinin xalqın əlindən olmaqdan keçdiyini BMT kürsüsündən elan etmişdir.

Milli Məclisin deputatı
Tahir Mirkişili 

 

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın