Menu
Geri İrəli

YAP-ın parlament seçkilərində yekun namizədlər siyahısı nə vaxt bəlli olacaq? – RƏSMİ

Müəllif: sumqayitxeber.com • Tarix: 13 İyul 2015 • Baxış sayı: 496 dəfə • Şərh yoxdur

6e175a25a4b78dd71411e4ba04e54002“Yeni Azərbaycan Partiyasının parlament seçkilərində yekun namizəd siyahısı avqust ayında bəlli olacaq”.

Bunu Lent.az-a açıqlamasında Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.

S.Novruzovun sözlərinə görə, bəzi media orqanları gündəmdə qalmaq və sensasiya yaratmaq üçün müxtəlif şayiələr yayır: “Bunların hamısı yalandır. Biz partiyanın daxili işləri ilə bağlı heç bir məlumat, informasiya vermirik”.

YAP daxilində deputatlığa namizədlərin seçim prosesinin şəffaf olduğunu söyləyən Siyavuş Novruzov partiyada namizədlərin siyahısının şəxslərin vəzifəsinə və ya yaşına görə müəyyən edilmədiyini, bunu seçicilərin müəyyənləşdirəcəyini qeyd edib.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın