Menu
Geri İrəli

Yayın son günü Azərbaycanda hava necə olacaq? – PROQNOZ

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Sentyabr 2017 • Baxış sayı: 440 dəfə • Şərh yoxdur
Share Button

havaSentyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi  ilə əvəz olunacaq. Havanın temperaturu gecə  19-22° isti, gündüz  30-35° isti, Bakıda gecə  20-22°, gündüz  33-35° isti olacağı gözlənilir.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz, səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə  15-20°, gündüz  31-36° isti, dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın