Menu
Geri İrəli

Yaz və payız fəsilləri sıradan çıxır – BUZLAŞMA OLACAQ

Müəllif: sumqayitxeber.com • Tarix: 22 Sentyabr 2017 • Baxış sayı: 1,203 dəfə • Şərh yoxdur
Share Button

Bu ilin iyun ayının ortalarına qədər ölkə ərazisində sərin, yağışlı və küləkli hava hökm sürdü. Ardınca isə kəskin istilər başladı. Sentyabr ayının axırlarına doğru yaxınlaşsaq da, isti hava şəraiti davam edir.

Ekspertlər bildirir ki, iqlim dəyişikliyi nəticəsində artıq yaz və payız fəsilləri necə deyərlər yoxa çıxır. Yəni yaydan birbaşa qışa, qışdan isə yaya keçilir.
Azərbaycanda yaz və payız fəsilləri tədricən sıradan çıxır.
Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, son illər qışdan yay fəslinə, yaydan isə qış fəslinə keçid olur.
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov deyir ki, bu, buzlaşma dövrü ilə əlaqədardır.
Elə insanlar da əvvəlki illərdə bu ayda yağıntıların bol olduğunu deyir.
Telman Zeynalov onu da əlavə etdi ki, təxminən 2030-cu ildə Azərbaycan ərazisi, xüsusilə ölkənin şimal hissəsi buz bağlayacaq. Buzlaşma Bakıya qədər gəlməsə də, paytaxtda 15-20 dərəcə şaxta olacaq.
Havaların tədricən soyuduğunu deyən T.Zeynalov bildirib ki, bu il qış ötən ilkindən sərt olacaq, daha artıq qar yağacaq.

Facebook Şərhləndirmə:
Share Button

Şərhlər bağlıdır.