Menu
Geri İrəli

Yazıçımızın uğuru: 5000 iştirakçı arasında FİNALÇI

Müəllif: sumqayitxeber.com • Tarix: 28 Aprel 2016 • Baxış sayı: 253 dəfə • Şərh yoxdur

varisÖtən gün 5000-dən artıq iştirakçının qatıldığı Beynəlxalq Moskva Ədəbi Mükafatının 7 nominasiya üzrə 76 nəfərdən ibarət finalçılar siyahısı açıqlandı.

Müasir Rusiya ədəbiyyatının Boris Akunin, Mixail Jvanetski, Sergey Lukyanenko, İvan Pereverzev, Lev Anninski, Mixail Zadornov kimi parlaq imzaları ilə bir sırada həmyerlimiz Varis də təmsil olunur. O, 7 nominasiyadan sayca ən çox iştirakçı cəlb edən “Böyük proza – Lev Tolstoy adına mükafat” nominasiyasının nominantıdır.

Mükafat komissiyasını cəlb edən yazıçımızın ”Yanvarın 13 günü” roman-essesi olub.

Qeyd edək ki, hər nominasiyada (digər 6 nominasiya bunlardır: Vladimir Qilyarovski adına “Kiçik proza”; Mixail Lermontov adına “Poeziya”; İvan Kireyevski adına “Ədəbi tənqid”; Aleksandr Qriboyedov adına “Dramaturgiya”; Mixail Bulqakov adına “Fantastika”; Valeri Bryusov adına “Tərcümə”) qaliblərə 3 dərəcədə mükafat və qran-pri təqdim olunacaq. Təqdimetmə mərasimi sentyabrın 3-də Moskvada, Şəhər Günündə dövlət və hökumət rəsmilərinin iştirakı ilə keçiriləcək.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın