Menu
Geri İrəli

Yenə yağış yağacaq

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Noyabr 2015 • Baxış sayı: 342 dəfə • Şərh yoxdur

Bu gün Azərbaycanda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

ANS PRESS-in məlumatına görə, səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-8°, gündüz 10-14° isti, Bakıda gecə 5-7°, gündüz 12-14° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 767 mm civə sütunundan 764 mm civə sütununa enəcək.

Nisbi rütubət gecə 75-85 %, gündüz 60-65 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraiti 
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, şərq rayonlarında yağış yağacağı ehtimalı var.
Cənub-qərb küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 4-8°, gündüz 11-16° isti,
dağlarda gecə 1-6° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.


Azərbaycan xəritəsi

Naxçıvan Muxtar Respublikasında 
Əsasən yağmursuz. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın,
Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında

Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 1-6° şaxta, gündüz 6-11° isti olacağı gözlənilir.


Azərbaycanın hava temperaturu xəritəsi

Qazax,Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında
Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 2-7° isti, gündüz 10-15° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı,
Quba, Xaçmaz, Qusar rayonlarında

Əsasən yağmursuz. Gecə və səhər bəzi yerlərdə duman, çiskin.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 8-13° şaxta, gündüz
3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.


Azərbaycanın külək xəritəsi

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
Əsasən yağmursuz. Səhər bəzi yerlərdə duman.
Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 4-8° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında
Bəzi yerlərdə yağıntılı olacağı, gündüz tədricən kəsiləcəyi gözlənilir.
Səhər dağlarda duman. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 6-8° isti, gündüz 11-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacağı gözlənilir.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın