Menu
Geri İrəli

Yeni nazir Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edib – FOTOLAR

Müəllif: sumqayitxeber.com • Tarix: 20 Oktyabr 2017 • Baxış sayı: 853 dəfə • Şərh yoxdur
Share Button

20 oktyabr “Energetiklər Günü”nü münasibətilə Azərbaycan Respublikasının Energetika Nazirliyi, “Azərenerji” ASC, və “Azərişıq”ASC-nin rəhbər şəxsləri və əməkdaşları Fəxri xiyabanda Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.

AzVision.az-ın məlumatına görə, daha sonra görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın, dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.

Azərbaycanın yeni energetika naziri Pərviz Şahbazov də mərasimdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix ölkə həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. Belə ki, 35 il əvvəl, 20 oktyabr 1981-ci ildə “Azərbaycan” İES-in birinci enerji bloku Ulu Öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib. Bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 13 oktyabr 2004-cü il tarixli 446 saylı sərəncamı ilə həmin tarixin ölkəmizdə “Energetiklər Günü” kimi təsis edilib.

















Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın