Menu
Geri İrəli

Yeni tikililərdən ev alarkən nələrə diqqət edilməlidir?

Müəllif: sumqayitxeber.com • Tarix: 26 İyul 2016 • Baxış sayı: 846 dəfə • Şərh yoxdur

yeni tikiliBu gün mənzil əldə etmək hər bir insanın arzusudur desək, yanılmarıq!

Amma düzğün mənzil seçmək bir o qədər də asan iş deyil. Xüsusən də yeni tikliən və tikilməkdə olan binalardan. Melissa Group tikinti şirkətinin mütəxəsisləri ilə biz vacib suallara cavab tapıb, Sizin mənzil seçiminizi daha da asanlaşdıracağıq.

Tikinti şirkətinin güvənli olması. Mənzil seçərkən, binanın kim tərəfindən (hansı şirkət) tikildiyini bilməyiniz vacibdir. Bir neçə tikinti şirkətləri müştərilərin inamını itirib. Belə ki, mənzil seçərkən tikinti şirkətinin bundan öncəki lahiyələri ilə maraqlanmağınız mütləqdir.

Bundan əlavə, artıq hazır olan layihələrin tikinti keyfiyyəti, təhvil verilmədəki gecikmənin olub-olmaması və s. ilə tanış olamağınız çox vacibdir.

Çıxarışla təqdim olunan mənzillər! Diğər önəmli məsələrdən biri də mənzillərin çıxarışı (yəni kupça) və texniki pasrortu ilə təmin olunmasıdır. Qeyd edək ki, hazırda bu yeni tikililərdə mənzil alan müştəriləri ən çox narahat edən məsələlərdəndir. Mütəxəssis qeyd edir ki, Melissa Group tikinti şirkəti ən böyük layihəsi olan Melissa Park yaşayış binasını sakinlərə çıxarış (yəni kupça) və texniki pasport ilə təhvil verən nadir tikinti şirkətlərindəndir. Bu sizin mənzilinizin tək sahibi olduğunuzu göstərir və mənziliniz bütün tikinti normalarına və dövlət qurumlarının yoxlamasını və razılığının verilməsini sübut edir. Çıxarış olduğu halda, mənziliniz təbii qazla da təmin olunur. Bu halın isə əksər yeni tikilən mənzillərdə olmamasına tez-tez rast gələ bilərik.

Optimal yerləşmə. Uğurlu layihə nə deməkdir?! Əlbəttə, ilk öncə rahatlıq! Belə ki, hər bir mənzil sahibi hər gün evdən işə və işdən evə rahat və ən əsası çətinliksiz çatmaq arzusundadır. Bu baxımdan binanın və ya kompleksinizin əsas şəhər küçə və prospektlərinə, metro stansiyalarına və avtobus dayanacaqlarına yaxın olması, gələcəkdə sizin seçiminizin nə dərəcədə doğru olmasının sübutu olacaq.

“Melissa Park” yaşayış kompleksi layihəsi haqqında: http://melissapark.az/az/pages/projects

Ödəniş şərtləri. Yaşayış komplekslərinin satışını həyata keçirən Şirkətlər müştərilər üçün maraqlı təklif edirlər. Lakin bir çox hallarda bu təkliflər müştəri istəkləri ilə üst-üstə düşmür. Mənzil almaq istəyib, yalnız bütün məbləğin olmaması nadir hal deyil. Bu zaman müştərilərə “sərfəli” ipoteka təklifi gələ bilər. Amma tez sevinməyə dəyməz! Çünki ipoteka müştərinin həm leyhinə, həm də əleyhinə ola bilər. Belə ki, ipoteka şərtlərini düzgün analiz etməyiniz tövsiyə olunur. İpoteka alan zaman fikir verməyinizin vacib olduğu bir necə amil olmalıdır:

Məbləğın manatla olması – bu gələcəkdə devalvasiya zaman sizə zərər yetirməyəcək amillərdən biridir.

FİFD – Faktiki illik faiz dərəcəsi normalda qeyri-dövlət ipoteka üçün 10-12 % arasındə dəyişə bilər.

Sığorta. Normalda bütün mənzillər həm ipoteka, həm də ki nəğd alış zamanı icbari sığortalanmalıdır! Həmin sığortanın ortalama illik qiyməti 50-80 manat arasındadır.

“Melissa Park” yaşayış kompleksinin ipoteka şərtləri ilə tanış olmaq üçün *3939 nömrəli telefonlardan zəng edə və ya Həsən Bəy Zərdabi küçəsi 92 A ünvanındakı ofisimizə yaxınlaşa bilərsiniz.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın