Menu
Geri İrəli

Yeniyetmələr İrsimiz – Mədəni dəyərlərimizi öyrəndilər

Müəllif: sumqayitxeber.com • Tarix: 26 Dekabr 2015 • Baxış sayı: 199 dəfə • Şərh yoxdur

2015-ci il oktyabr-dekabr aylarında Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Bakı məkətəbliləri üçün ”İrsimiz-Mədəni dəyərlərimiz” layihəsi həyata keçirilib. Layihənin məqsədi Azərbaycanın mədəni dəyərlərinin yeniyetmələrə tanıdılması və onun təbliği işində gənclərin iştirakçılıq səviyyəsinin artırılmasıdır. Layihə çərçivəsində Bakı şəhərinin 153, 175 və 202 saylı orta məktəblərinin şagidləri üçün Tarixi abidələrimiz, incəsənət nümunələrinin təbliği, ədəbi dilimiz inkişaf mərhələləri haqqında informasiya sessiyaları təşkil edilmişdir. Ekspert məktəbliləri maraqlandıran sualları cavablandırmış, mənəvi dəyərlərimizin qorunub gələcək nəsillərə ötürülməsinin vacibliyini izah etmişdir.

Layihə rəhbəri Namaz Zülfüqarlı layihənin məktəblilər tərəfindən maraqla qarşılandığını qeyd etmişdir. Layihənin uğurlu ideayasını davam etdirmək üçün gələcəkdə seminarlar da bəhs edilən tarixi abidələrə məktəblilərin iştirakı ilə ekskursiyaların təşkil edilməsini planlaşdırılır.

12650709_1136861336324085_175482906_n 12674254_1136861229657429_1366135293_n

Facebook Şərhləndirmə:

Şərhinizi yazın