Menu
Geri İrəli

Yıldız Tilbedən “O Səs Türkiyə”yə İRAD: “Anonim deyil, Azərbaycan mahnısıdır” – VİDEO

Müəllif: sumqayitxeber.com • Tarix: 13 Noyabr 2017 • Baxış sayı: 81 dəfə • Şərh yoxdur
Share Button

yildiz tibe“O Səs Türkiyə” mahnı müsabiqəsinin növbəti buraxılışında Azərbaycanın xalq mahnısı yenə də ananonim kimi qeyd edilib.
Publika.az xəbər verir ki, yarışmanın dünən efirə gedən buraxılışı bu dəfə də azərbaycanlılar üçün bir çox hadisələrlə yadda qalıb. Belə ki, Oğuzhan Özdemir adlı türkiyəli iştirakçı bağlamada (saz) “Yandırdın qəlbimi aman” adlı Azərbaycan xalq mahnısını ifa edib. Türkiyəli iştirakçının çıxışına Gökhan Özoğuz və Yıldız Tilbe dönüb.
Təəssüf ki, xalq mahnımız bu dəfə də “anonim” olaraq qeyd edilib.
Mahnını bəyəndiyini gizlətməyən Gökhan Özoğuz orkestrin rəhbərindən onun ilk dəfə çalışması ilə maraqlanıb. Gökhan mahnının müəllifinin kim olduğunu soruşduqda iştirakçı “Bir çox sənətçidən dinlədim, amma kimə aid olduğunu dəqiq bilmirəm”, – deyə bildirib.
Yıldız Tilbe isə bu mahnının Azərbaycan mahnısı olduğunu bildirərək, düzəliş edib.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın