Menu
Geri İrəli

Yol qəzalarının 2017-yə olan İLK STATİSTİKASI

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Fevral 2017 • Baxış sayı: 150 dəfə • Şərh yoxdur

qeza-olumBu ilin əvvəlindən fevralın 16-a qədər Bakı şəhəri üzrə 83 yol qəzası baş verib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

V.Əsədov bildirib ki, qəzalar nəticəsində 22 nəfər həlak olub, 98 nəfər isə müxtəlif xəsarət alıb.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə yol-nəqliyyat hadisələrinin sayı 7 fakt azalsa da, iki ölüm və 8 xəsarət faktı artıb.

Facebook Şərhləndirmə:

Şərhinizi yazın