Menu
Geri İrəli

Zakir Həsənov cəbhə bölgəsində mobil səhra hospitalında (FOTO)

Müəllif: sumqayitxeber.com • Tarix: 27 Aprel 2016 • Baxış sayı: 423 dəfə • Şərh yoxdur
1461746229_hosp1Müdafiə naziri cəbhə bölgəsində mobil səhra hospitallardan birində olub.
Müdafiə Nazirliyindən verilən məlumata görə, müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada fəaliyyət göstərən mobil səhra hospitalların birində olub və həkimlərlə görüşüb.
Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev Müdafiə nazirinə görülən işlər haqqında məlumat verib.
Bildirilib ki, müharibə şəraitində ixtisaslaşdırılmış cərrahi yardımın göstərilməsi üçün nəzərdə tutulan mobil səhra hospitalları ən müasir tibbi avadanlıqla tam təmin olunub.
Sonda mobil səhra hospitalında yaradılan tibbi şəraitlə tanış olan general-polkovnik Z. Həsənov müvafiq tövsiyə və tapşırıqlarını verib.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın