Menu
Geri İrəli

Zakir Həsənov ön cəbhədə – FOTO

Müəllif: sumqayitxeber.com • Tarix: 12 Yanvar 2017 • Baxış sayı: 393 dəfə • Şərh yoxdur

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti cəbhəboyu zonada yerləşən hərbi hissələrdə olub.

Lent.az-ın Müdafiə Nazirliyinin saytına istinadən məlumatına görə, Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki bölmələrdə olan mdafiə naziri üzbəüz yerləşən düşmən mövqelərini müşahidə edib.

Dağlıq ərazidə və çətin iqlim şəraitində düşmənlə qarşıdurma xəttindəki bölmələrdə döyüş növbəsi çəkən şəxsi heyətlə görüşən nazirə əməliyyat şəraiti barədə məruzə edilib. Səngərlərdə döyüş növbətçiliyini yoxlayan Müdafiə naziri hərbi qulluqçuların döyüş və mənəvi-psixoloji hazırlığı, onların sosial-məişət şəraiti ilə maraqlanıb.

Bildirilib ki, ön xətdə yerləşən bölmələr içməli su, istiliklə, yuyunma otaqları, isti yataq və digər lazımi qış ləvazimatları ilə tam təmin olunub.

Nazirliyin rəhbər heyəti şəxsi heyətlə birlikdə çay süfrəsi arxasında söhbət aparıb və nahar edib.

Dövlət başçısı Silahlı Qüvvələr qarşısında qoyduğu tapşırıqların yüksək səviyyədə yerinə yetirilməsinə əminliyini ifadə edən Müdafiə naziri hərbi qulluqçuların döyüş qabiliyyətini və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirib.

Müdafiə Nazirliyinin rəhbərliyi cəbhəboyu zonada yerləşən həmsərhəd kəndlərdən birində yerli sakinlərlə görüşərək, yaşayış məntəqələrimizin müdafiəsinin və əhalinin təhlükəsizliyinin təmin edilməsi məsələlərini müzakirə edib.

4fea7caf940943a1337d8edf5851e3f1 60ce6ffa529f0e4c2e5fc348da1f84c4 c1ef37962e27bae16c75d5f72c50887c c3fdf500fad61af88c4eadb72566cabd c30fb12ab84ddb9bc69deb079c08a80b e48aec8b3888ef9257e86e2fd249a15e e6066b2ea0804e802d4cc178bdc89dc6

Facebook Şərhləndirmə:

Şərhinizi yazın