Menu
Geri İrəli

Zəlzələ Ağdama ciddi ziyan vurdu, Üçoğlan kəndində bir ev tamamilə uçdu

Müəllif: sumqayitxeber.com • Tarix: 16 Noyabr 2017 • Baxış sayı: 272 dəfə • Şərh yoxdur
Share Button

zelzeleAzərbaycanda baş verən güclü zəlzələ nəticəsində Ağdam rayonuna ciddi ziyan dəyib.

Rayon icra hakimiyyətindən Metbuat.az-a verilən məlumata görə, hadisə nəticəsində rayonun Üçoğlan kəndində kənd sakini Səfərova Zəhra Göyüş qızına məxsus bir mərtəbəli 3 otaqlı daş ev tam uçub.
Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayib. Kəndərazisində onlarla evdə böyük çatlar əmələ gəlib.

Zəlzələ nəticəsində rayonun Quzanlı kəndində elektrik transformatoru partlayıb və qəsəbə işıqsız qalıb.

Məlumatda bildirilir ki, zəlzələ nəticəsində rayonun bir çox yaşayış məntəqələrində evlərdə iri çatlar yaranıb.

Hazırda Ağdam rayon İcra Hakimiyyətində zəlzələ ilə bağlı xüsusi komissiya yaradılıb və zədələnən evlərə baxış keçirilir.

Tərtərdə isə bir nəfər xəsarət alıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın