Menu
Geri İrəli

Zeytun yığan ahıl kişi yıxılaraq öldü – Bakıda

Müəllif: sumqayitxeber.com • Tarix: 29 Sentyabr 2017 • Baxış sayı: 222 dəfə • Şərh yoxdur
Share Button
zeytunBakıda zeytun yığan ahıl kişi yıxılaraq ölüb.
sumqayitxeber.com report-a istinadən xəbər verir ki, bədbəxt hadisə Nizami rayonunda qeydə alınıb.
Belə ki, 8-ci kilometr qəsəbəsi, Şirin Mirzəyev küçəsində yerləşən zeytun bağında 61 yaşlı Hüseynov Həsən Məhərrəm oğlu zeytun ağacından meyvə yığarkən ehtiyatsızlıqdan yıxılıb. O, ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Qapalı kəllə-beyin travması və bədənin müxtəlif nahiyələrindən sınıq xəsarətləri alan şəxs dərhal reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, H.Hüseynov xəstəxanada dünyasını dəyişib.
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.
Faktla bağlı Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Bölməsinin əməkdaşları araşdırma aparır. İlkin ehtimala görə, bədbəxt hadisəyə səbəb yağışlı hava olub .
O, ağacdan sürüşərək yerə yıxılıb.
Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın