Menu
Geri İrəli

“Zibil qutularının satışa çıxarılması xəbəri həqiqəti əks etdirmir” – Sumqayıt icra hakimiyyətindən AÇIQLAMA

Müəllif: sumqayitxeber.com • Tarix: 11 Avqust 2016 • Baxış sayı: 319 dəfə • Şərh yoxdur
1443604585_icraSumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən zibil qutularının satışa çıxarılması xəbəri həqiqəti əks etdirmir.
Bu barədə sumqayitxeber.com-a Sumqayıt Şəhər İcra Hakimiyyətinin ictimaiyyətlə əlaqələr bölməsindən məlumat verilib.
Məlumatda bildirilir ki, hazırda Sumqayıtda geniş miqyaslı tikinti-quruculuq işləri aparılır, park və xiyabanlar abadlaşdırılır, binaların fasadları və dam örtüyü yenilənir. Şəhərdə 4,2 km uzunluqda dənizkənarı bulvar salınır. Bununla bağlı sözügedən işləri görən podratçı şirkətlər tikinti işlərində tələb olunan müxtəlif materiallar təklif edirlər. Həmin zibil qutuları da o şirkətlər tərəfindən şəhər rəhbərliyinə seçim üçün təklif olunmuşdu.
Xatırladaq ki, blogger Mehman Hüseynov Sumqayıt icra Hakimiyyətinin şəhərin abadlaşdırılması məqsədilə alınan zibil qutularını guya satışa çıxarması barədə məlumat yaymışdı.
Facebook Şərhləndirmə:

Şərhinizi yazın