Menu
Geri İrəli

Ziya Məmmədovun bacısı bu səbəbə görə işdən çıxarılıb? (VİDEO)

Müəllif: sumqayitxeber.com • Tarix: 21 Sentyabr 2017 • Baxış sayı: 300 dəfə • Şərh yoxdur
Share Button

MTU5YzM2ZGZiODljMWU_1Keçmiş məqliyyat naziri Ziya Məmmədovun bacısı, “Tərəqqi” liseyinin direktoru Məhbubə Məmmədovanın işdən çıxarıldığı bildirilir. Məlumat hələlik rəsmi şəkildə təsdiqlənməyib, hətta təkzib olunub.

Təhsil  Nazirliyinin sektor müdiri Cəsarət Valehov bununla bağlı açıqlamasında bildirib ki, hazırda nazirliyin Daxili Nəzarət Şöbəsi Xidməti tərəfindən liseydə araşdırma aparılır: “Ancaq məktəb direktoru işdən çıxarılmayıb. Araşdırmanın nəticəsi barədə ictiamiyyətə məlumat verəcəyik”.

Liseydən özündən verilən açıqlamada da bildirilib ki, Məhbubə Məmmədova 3 gündür səhhəti ilə bağlı işə çıxmır: “Ancaq onun işdən çıxarılması barədə məlumatlı deyilik”.

“Qaynarinfo” axar.az-a istinadla xəbər verir ki, bu arada “Lider TV” bununla bağlı xüsusi sujet hazırlayıb. Telekanal iddia edib ki, Məhbubə Məmmədovanın mağazalarda 40 manata satılan məktəbli formalarını liseyin şagirdlərinə 120 manata satdırdığı barədə şikayətlər daxil olub.

Üçqat baha qiymətə məktəbli forması almağa məcbur edilən valideynlər bildirib ki, direktor şagirdlərin başqa yerdən məktəbli forması almasını qadağan edib. Həmin liseydə təhsil alan uşaqların valideynləri də 40 manatlıq məktəbli formasını direktorun göstərişi ilə elə məktəbin özündən 120 manata əldə etdiklərini “Lider TV” əməkdaşına deyiblər.

Bilik Günündə məktəb önündə şənliyə qatılan M.Məmmədova isə jurnalistin bu yöndən verdiyi sualdan yayınıb.

Facebook Şərhləndirmə:
Share Button

Şərhinizi yazın