“Ölmək istəmirəm…” - Tünzalənin kövrək anları - VİDEO

1853

Əməkdar artist Tünzalə Əliyeva ATV kanalında yayımlanan “Bizimləsən” proqramının qonağı olub.  “Qafqazinfo” xəbər verir ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktrisa efirdə göz yaşlarını saxlaya bilməyib. 

Proqramın əməkdaşları əvvəlcə, əməkdar artistin evindən hazırladığı sujeti təqdim edib. Tünzalə Əliyeva  ağlayaraq yaşamaq istədiyini bildirib:

“Xərçəng xəstəliyini özümə yaraşdırmadım. Bu xəstəlik 5-6 il var, sadəcə olaraq dayanıb. Son günlər yemək yemədim, imunitetim aşağı düşdü və xəstəlik inkişaf etdi. Bir həftə psixoloji durğunluq keçirdim. Hər kəs başıma yığılmışdı, hamı mənimlə birgə ağlayırdı. Ana-atam bilmir. İndi ölmək istəmirəm. Qızım Zəhra çox balacadı. Mən onu məktəbə yola salmaq istəyirəm. Onu gözəl paltarda görmək istəyirəm. Amma mən o anı görə biləcəmmi? Allaha yalvarıram ki, mənə möhlət ver. Hamıdan xahiş edirəm, mənə kömək edin”.

Daha sonra verilişin qonağı olan aktrisa ayaqlarında da problem yarandığını qeyd edib:

“Çox gücsüz insanam. Milyonlarla insanın duasına görə minnətdaram. Ayaqlarım işləmir. Həkimim şübhələnərək ayağımdan 38 linfa götürmüşdü. Arıqlamaq üçün etdiyim əməliyyatlara görə də çox peşmanam. Yemək yeyə bilmirəm. Buna görə də sağalma ehtimalım azalır. Mədəmi kiçiltdim. Hər gün yeməliyəm ki, kökəlim. Yeyə bilmirəm, mədəm yoxdur. Yumurta, zülal qəbul etməliyəm, olmur. İştah üçün vitaminlər qəbul etməliyəm, o da şişi böyüdür. Çox yeyəndə qaytarıram”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər