Ölümcül VİRUS YAYILIB: nəfəs alarkən, danışarkən YOLUXURUQ

388

“Son illər yayılan qrip virusu nəfəs alıb-verməklə belə keçir. Özünü yaxşı hiss etməyənlər evdən çıxmasın”.

Publika.az xəbər verir ki, ABŞ-ın Maryland Universitetinin alimləri son illərin qrip virusunu təhlil edərkən bu qənaətə gəlib.

Universitetinin alimləri ölkənin 49 əyalətində yayılan son illərin ən ölümcül qripi ilə bağlı araşdırma aparıb. Büdcəsi 10 milyon dollar olan araşdırma zamanı 142 qrip xəstəsinin vəziyyəti 4 ay ərzində incələnib.Yayılan virusun H3N2 olduğu qənaətinə gəliblər.

“Milli Elmlər Akademiyasının tədqiqatları” jurnalında yayımlanan yazıda virusun nəfəs alıb-vermə, danışma, öskürmə və asqırma ilə yayıldığı bildirilir. Araşdırma zamanı xəstələrin nəfəs verərkən yaydıqları virusla dolu olan hava ilə nəfəs alan sağlam şəxslərin yoluxduğu təsdiq edilib. Alimlər xəstələrin təmasda olduğu əşyaların da xəstəlik mənbəyi olduğunu bildirib.

Araşdırma qrupunun üzvü Covan Pantelik bildirib ki, xəstə insanlar nəfəs verərkən təxminən 30 dəqiqədə mindən çox virus havaya qarışır:

“Bir virus parçası insanın yoluxması üçün yetərlidirsə, min virusun insanı necə xəstələndirəcəyini təxmin etmək olar”.

Virusun yayılmasına qarşı tövsiyələr verən Şerli Ehrman isə bildirib ki, əşyaları təmiz saxlamaq, əllərinizi daim yumaq, öskürən insanların uzaq durmaq belə qripdən qorunmaq üçün yetərli olmur.

Alimlər bildirib ki, virusun yayılmamasının yeganə yolu xəstə insanların ictimaiyyət arasında daha az olmasıdır.

Qeyd edək ki, Amerikanın Xəstəliklərə Nəzarət və Mühafizə Mərkəzinin məlumatına görə ötən il oktyabrın 7-dən dekabrın 23-dək ən az 759 nədər qripdən dünyasını dəyişib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər