Ötən il Sumqayıtda hansı ərazilər asfaltlanıb? – SİYAHI

1542

Son illər Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Son illər ərzində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Ötən il ərzində də Sumqayıt şəhərində bir çox ərazilərdə asfaltlanma işləri reallaşdırılıb.  Şəhərin Heydər Əliyev, Sülh prospektlərində, Ü.Hacıbəyov, N.Nərimanov, Bakı, Bədəlbəyli, Çerkassı, İnşaatçılar, M.Qorki, Z.Həsənova, Abdullayev, Şeyx Şamil, Niyazi, M.Əsədov, K.Hüseynov, 20 Yanvar, Niyazi, K.Axundov, Puşkin, Qorki küçələrində asfaltlanma işlləri həyata keçirilib.

Sumqayıt şəhərində 4, 9, 12, 20, 21-ci mikrorayonların, 18, 19, 20, 21, 51, 76-cı məhəllələrin ərazilərində 250 min m2 asfalt örtüyü döşənmiş, köhnəlib sıradan çıxmış 10 min m2–dək asfalt örtüyü cari təmir edilib, 1068 p/m bardur düzülüb.

Asfaltlanma işləri qəsəbələrdə və ətraf yaşayış massivlərində də aparılıb. Belə ki, Corat və Hacı Zeynalabdin qəsəbələrində, Kotec, Xəzər bağları, Yaşıldərə və Tuğzavod yaşayış massivlə­rində ehtiyac olan küçələrə asfalt örtüyü döşənilmişdir.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər