Ötən il Sumqayıtda hansı ərazilər asfaltlanıb? – SİYAHI

1125

sumqayitxeber.com ötən il Sumqayıt şəhərində asfaltlanma işləri ilə bağlı məlumatları təqdim edir.

Heydər Əliyev, Azərbaycan, Sülh prospektlərində, Səməd Vurğun, Yəhya Məm­mə­dov, Ü.Hacıbəyov, N.Nərimanov, Koroğlu, Ə.Kərimov, M.Hüseyn­zadə, Nizami, Mehmandarov, Bakı, İ.Qayıbov, A.Quliyev, Bədəlbəyli, Çerkassı, Zülfü Hacıyev, 20 Yanvar, Babək, Cəlil Məmmədquluzadə, Mübariz İbrahimov və Kimyaçılar küçələrində, Corat və Hacı Zeynalabdin qəsəbələrində, St.Sum­qayıt yaşayış massivində yolların əsaslı və cari təmiri işləri aparılmış, bulvar ərazisində Sahil küçəsinin davamı olaraq 1 km uzunluğunda yeni asfalt yol çəkilmişdir.

8 mikrorayon (4, 6, 9, 10, 11, 12, 13, 17-ci mikrorayonlar), 12 məhəllənin (1, 5, 7-8-12, 9, 14, 25, 29, 30, 34, 36, 42, 48-ci məhəllələrin) ərazisində 254 min kv.metrədək asfalt örtüyü döşənmiş, 13 min kv.metrdən çox asfalt örtüyü cari təmir edilmiş, 80 min p/m bardür rənglənmişdir.

Yaşıldərə ərazisində 30 və 39 nömrəli avtobusların hərəkət istiqamətində yollar Sumqayıt bələdiyyəsi tərəfindən əsaslı təmir olunmuş, 30 min kv.metrdən çox sahəyə asfalt döşənmişdir. 7 min kv.metr məhəllədaxili yolda təmir, Bələdiyyə parkında abadlıq-quruculuq işləri görülmüşdür. Corat qəsəbəsində 4200 kv.metr yola, 1500 kv.metr səkiyə asfalt qoyulmuşdur.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər