“Parabank” Sumqayıtda yarmarka keçirəcək

869

Yarmarkada bankın nümayəndələri əhalinin suallarını cavablandıracaq

“Parabank” ASC Sumqayıt şəhərində yeni məhsullar haqqında əhalini məlumatlandırmaq məqsədi ilə yarmarka keçirəcək. Bankın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yarmarkada yeni məhsullar və əhalini maraqlandıran digər suallar haqqında “Parabank”ın peşəkar mütəxəssisləri iştirak edərək cavablandıracaqlar.

Yuxarıda qeyd olunanlarla maraqlananları oktyabrın 30-da Sumqayıt şəhər Ticarət Mərkəzinə və Şərq bazarına gələ bilər.

Qeyd edək ki, əlavə məlumat əldə etmək üçün “Parabank” ASC-nin məlumat mərkəzinə şəhər telefonlarından və mobil operatorlardan 139 nömrəsinə müraciət etmək olar.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər