Parlamentin komitə sədri: “Müharibə əlillərinin sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə qanun layihəsi hazırlamışıq”

928

Milli Məclisin növbədənkənar sessiyasının ilk iclasının gündəliyinə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi daxil edilib.

Milli Məclisin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili APA-ya açıqlamasında bildirib ki, Azərbaycan Respublikasının müstəqilliyi, ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhid ailələrinə, müharibə əlillərinə və veteranlara dövlət tərəfdən göstərilən qayğı davamlı və nümunəvi xarakter daşıyır.

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
T. Mirkişili qeyd edib ki, parlamentin İqtisadi siyasət sənaye və sahibkarlıq komitəsi tərəfindən hazIrlanan bu qanun layihəsi müharibə əlillərinə diqqətinin daha bir nümunəsidir: “Qanun layihəsi müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin sosial vəziyyətlərinin daha da yaxşılaşdırılması məqsədilə hazırlanıb və onların məhkəməyə verilən iddia ərizələri üzrə və mənzilin (evin) alqı-satqısı zamanı dövlət rüsumu ödəməkdən azad edilməsini nəzərdə tutur”.

Qeyd edək ki, 8 iyun Milli Məclisin plenar iclasında qanun layihəsi birinci oxunuşda baxılacaq.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər