Paşayeva və Ağayeva vitse-prezident seçildi

1173

Bu gün AŞPA-nın Azad Demokratlar Qrupunun iclasında Azərbaycan nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayeva sözügedən qrupun vitse-prezidentləri seçiliblər.

Axar.az xəbər verir ki, Azad Demokratlar Qrupunun vitse-prezident postuna ümumilikdə 5 nəfər seçilib.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Qənirə Paşayeva və Ülviyyə Ağayevanın Azad Demokratlar Qrupunun vitse-prezidenti postuna namizədliyi qrup tərəfindən yekdilliklə dəstəklənib.

Millət vəkilləri bu etimad üçün qrup üzvlərinə təşəkkürlərini bildiriblər və qrupu Assambleyada daha fəal təmsil etməyə çalışacaqlarını vurğulayıblar.

Qeyd edək ki, seçimdən sonra qrupun iclası AŞPA-da gündəliyə salınan vacib məsələlərin müzakirəsi ilə davam etdirilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər