Paşinyan açıqladı: “Əlimdə sənəd var, 7 rayonun qaytarılması…”

2010

Qarabağ məsələsi yenidən Ermənistan parlamentində mübahisəyə səbəb olub.

Axar.az xəbər verir ki, mübahisə bu dəfə Ermənistanın Respublikaçılar Parityasından olan deputat Armen Aşotyanla Baş nazir Nikol Paşinyan arasında yaşanıb.

Belə ki, Aşotyan parlamentdə çıxışı zamanı Paşinyanın son mitinqdə etdiyi çıxışa diqqəti yönəldib: “Siz son mitinqinizdə “Onlar əraziləri verməyə gəliblər. Mən bunu sənədlər əsasında bilirəm. Ona görə ki, kimin nə dediyini görürəm” ifadələrini işlətmisiniz. Mən məktub yazaraq sizdən xahiş etdim ki, danışıqların hansı mərhələsində belə bir şeyin olmasını dəqiqləşdirəsiniz. Siz dediniz ki, danışıqların məxfiliyini pozmaq haqqına sahib deyilsiniz. Mən Serj Sərkisyana müraciət etdim və öyrəndim ki, onun dönəmində danışıqlarda hər zaman əsas məsələ Qarabağın statusu məsələsi olub”.

Bundan sonra Paşinyan Aşotyanın ittihamlarına cavab verib: “Danışıqlar masasında heç vaxt Qarabağın statusunu zəmanət altına alacaq və dəqiq göstərəcək variant olmayıb. Siz bunu bilirsiniz. Son illər isə Qarabağın statusu daha çox kənara atılmağa başlanılıb. Mən vərəsəliklə Qarabağın statusu haqqında heç bir şeyin olmadığı variantı əldə etmişəm. Bu variantda yalnız Azərbaycanın ərazilərini geri qaytarmaq yer alır. Bunu rəsmi şəkildə sizə deyirəm. Mən demirəm ki, bu sənəd imzalanıb. Deyirəm ki, bu danışıqlar masasındakı son variantdır. Demişəm və deyirəm ki, Qarabağın iştirakı olmadan məsələnin həlli mümkün deyil”.

Aşotyan bundan sonra Paşinyana yenidən müraciət edərək, onun fikri ilə razılaşmadığını deyib. O, daha sonra Paşinyana ritorik sual verib: “Əgər Paşinyanın dedikləri həqiqətdirsə və həqiqətən Azərbaycan üçün belə sərfəli variant müzakirə edilibsə, o zaman aydın deyil ki, Bakı niyə bunu qəbul etməkdən imtina edib?”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər