Paşinyanı tanıyan azərbaycanlı jurnalistlər…

1711

Eynulla Fətullayev: “Onunla Tiflisdə çox müzakirələr aparmışıq…”

 

Arif Əliyev: “Mənim nəzərimi o zaman cəlb etdi ki… ”

 

Ermənistanın yeni lideri Nikol Paşinyan ölkə mediası üçün yad insan deyil. Onun zamanında “Aykakan Jamanak” qəzetinin baş redaktoru olması, Tiflisdə keçirilən media tədbirlərində ortaq iştirakları bir çox redaktorların Paşinyanla tanışlığını mütləq edib.

Bu haqda ilkin məlumat verən Haqqın.az saytının baş redaktoru Eynulla Fətullayev olub. E.Fətullayev sosial şəbəkədəki statusunda yazıb ki, Ermənistanın yeni lideri Nikol Paşinyanı şəxsən tanıyır. Statusu təqdim edirik: “Nikol Paşinyanla həmkar olmuşuq. 2006-cı ilin noyabrında “Realnı Azərbaycan” qəzetinin baş redaktoru qismində onunla Tiflisdə çox müzakirələr aparmışıq. O zaman Paşinyayn “Aykakan Jamanak” qəzetinin baş redaktoru idi. Maraqlıdır, Paşinyan o zaman mənə Azərbaycanda baş verənlərlə bağlı xeyli suallar verdi. “Azərbaycanın daxili siyasətinə niyə bu qədər maraq göstərirsiz?” deyərək, açıq sual verdim. “Çünki ölkələrimizdə eyni ssenarı tətbiq edilir” dedi.

Sonradan həbsdə olanda, eşitdim ki, Paşinyanı da həbs edib, 7 il azadlığdan məhrum etdilər. Eyni ssenari haqda sözlərini xatırlayıb, xeyli gülümsədim”.

Ä°lgili resim

E.Fətullayev Paşinyanın cəsarətli və ağıllı olduğunu yazıb: “Paşinyan – cəsarətlidir, ağıllıdır, analitik təfəkkürə malikdir və bütün varlığı ilə Rusiyaya nifrət edən Qərbpərəst siyasətçidir… Məncə, o, Ermənistanın Saakaşvilisi olacaq, ölkədə bir çox islahatlar aparacaq”.

N.Paşinyanı tanıyanlardan biri də “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevdir. O, “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, Paşinyanı yaxından olmasa da, ümumən tanıyıb: “Yaxından o qədər də diqqət yetirmirdim. Mənim nəzərimi o zaman cəlb etdi ki, kütləvi tədbirlərdən birində onu döydülər. Cinayət işi açdılar, tutdular, sonra Qərbin təzyiqi ilə buraxdılar. Daha çox siyasətçi kimi tanınırdı, nəinki jurnalist kimi. Ortaq media tədbirlərində iştirak etmişik”.

“Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev ile ilgili görsel sonucu

 

A.Əliyev bildirdi ki, Paşinyanın Ermənistana ciddi bir inkişaf yolu göstərəcəyini düşünmür. Müsahibimizin fikrincə, onun dövlətçilik, idarəçilik təcrübəsi yoxdur: “İmpulsiv adamdır. Qisasları var, onları almaq istəyir. Antirus təbiətli adam deyil. Ermənistanın bağları, yürüdəcəyi siyasətə təsir edəcək. Onu bir idarəçi, iqtisadiyyatı qaldıra biləcək bir adam kimi onu görmürəm. Hər halda onun xarakteri elədir ki, bu cür xarakterli adamlar mediada uğur qazanır. Tənqidi meyl, impulsivlik, sərhədlərin geniş olması buna təsir göstərir. Hər halda o, işini görürdü. Üzdə olan qəzet idi və qəzetin rəhbəri olaraq tanınırdı”.

Elçin Şıxlı ile ilgili görsel sonucu

 

“Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı da Paşinyanla ortaq bir tədbirdə iştirak ehtimalını istisna etmir: “Bəlkə də ortaq tədbirlərdə olmuşuq. Amma o tədbirlərdə o qədər erməni olub ki. O da onlardan biri kimi gəlib keçib. Parlaq bir şey baş verməyib. Aramızda 20 yaş fərqi var. Yaxşı tanıdığım birisi olmayıb. Mən Yerevan Mətbuat Klubunun rəhbəri Boris Novosoryanı tanımışam, bunu yox”.

Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə bildirdi ki, ünsiyyət dairəsi daha çox hüquq müdafiəçiləri, vəkillər olub, nəinki siyasilər və jurnalistlər: “Görünür ki, bu, peşəmlə bağlıdır. Onu o tədbirlərdə çox görmüşəm, amma xatırlamıram. O daha çox siyasətçi olub, nəinki jurnalist. Həbsə düşəndən sonra isə məşhurlaşıb”.

Sevinc TELMANQIZI,

“Yeni Müsavat”

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər