Peşə təhsili alanlar pulsuz yemək, paltar və ayaqqabı ilə təmin ediləcəklər

875

“Xüsusi peşə təhsili müəssisələrinin Nümunəvi Nizamnaməsi” təsdiq edilib. Bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Milli Məclis
Qərara görə, peşə təhsili müəssisəsinin büdcədənkənar mənbələrdən əldə etdiyi gəlir yalnız təhsilin inkişaf etdirilməsinə, təhsil müəssisəsinin maddi-texniki bazasının gücləndirilməsinə, təhsilverənlərin sosial müdafiəsinin təmin olunmasına yönəldiləcək.

Həmçinin, peşə təhsili müəssisəsində təhsilalanlar Təhsil Nazirliyi tərəfindən yemək, paltar, ayaqqabı ilə təmin ediləcəklər. Peşə təhsili müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir.

Peşə təhsili müəssisəsi təhsilalanlar üçün yaşayış və tədris binalarına, yardımçı təsərrüfata, iaşə avadanlığına, idman meydançasına, idman zalına, istehsalat emalatxanalarına, sanitariya qovşaqlarına, kitabxana, oxu zalı, klub, mövcud normativlərə uyğun təchiz olunmuş tibb məntəqəsi, yeməkxana, yataqxana, məişət otağı, camaşırxana, paltar və ayaqqabıların təmiri və gigiyena otaqları, hamam, anbar və s. xidmət otaqlarına, nəqliyyat vasitələrinə malik olur.

 

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər