Pis əhval-ruhiyyəyə qalib gəlməyin 10 yolu

1125

Müəyyən vaxtlarda hər birimiz pis əhval-ruhiyyəyə düçar oluruq. Bu, bəzən səbəbli olsa da, səbəbsiz baş verməsi də geniş yayılıb.

Oxu.Az lifehacker.ru-ya istinadən, buna qalib gəlməyin və özünü xoşbəxt hiss etməyin ən effektiv yollarını təqdim edir:

1. Yemək və idman

Hər iki halda beyin eyni hormonu ifraz etdiyinə görə sıranın birinci yerindədirlər. Xüsusən də, şokolad əhvalınızın yüksəlməsinə və özünüzü daha xoşbəxt hiss etməyə səbəb olacaq.

Ən adi gəzinti də əhvalınızı dəyişə bilər. Xüsusən, günəşli günlərdə küçəyə çıxmağa tənbəllik etməyin.

2. Yaradıcılıqla məşğul olmaq

Rəsm çəkmək, musiqi ilə məşğul olmaq, yazmaq – hər biri kömək edə bilər. Bunları mükəmməl etmək vacib deyil, bacarmasaz da öyrənməyə cəhd edin.

3. Gülümsəyin

Özünü çox pis hiss edirsinizsə, xüsusən gülümsəyin. Yaxşı əhval ruhiyyə ilə gülüş arasında xüsusi əlaqə var. Üzün mimikası əhvalınızı dəyişməyə təsir edə bilir.

4.Yaxşı bir əməl edin

Başqası üçün yaxşı nəsə etsəz, özünüzü də yaxşı hiss edəcəksiniz. Hətta ən kiçik yaxşı əməliniz də əhvalınızı yüksəldəcək.

5. Musiqi dinləyin

Musiqi – sirli qüvvədir. Sevimli musiqinizi dinləyin.

6.Başqalarına yansıtmayın

İnsanlar eqoistdir və ilk növbədə, özləri haqda düşünür. Bu, əslində, normaldır. Amma əhvalınız pis olanda digərlərinin də kefini pozmaq yaxşı deyil. Başqalarını incidəcək və ya kobudluq edəcəyinizi düşünürsünüzsə, həmin yerdən uzaqlaşıb tək qalmaq hər zaman yaxşı fikirdir. Sonra özünüzə bu hərəkətinizə görə minnətdar olacaqsınız.

7. Anı tutun

Gözlərinizi yumun və nə isə haqqında düşünün. Beynimiz elə qurulub ki, onda ilişib qalan bir hadisə onun haqda daha da çox düşünməyə, o hadisənin mənfi enerjisini böyütməyə səbəb olur. Ancaq dərdiniz barədə düşündüyünüzü hiss edəndə başqa fikirlərə keçid edin. Özünüzə yazığınız gəlməsin və ən yaxşısı, sizi məşğul edəcək bir işlə məşğul olun.

8.Dərindən nəfəs alın və beyininizi təmizləyin

Bir neçə dərin nəfəsalma sakitləşmənizə kömək edəcək. Bunu meditasiyanın ən sadə forması hesab etmək olar.

9. Səbəbləri tapın

Kefinizin pis olmağı nadir hallarda baş verirsə, narahat olmağa dəyməz. Tez-tez kefiniz pozulursa, mümkün ola biləcək səbəbləri araşdırın. Gündəlik tutun və açar hadisələri qeyd edin, sonra onları analiz edin. Bu, səbəbi tapmağa kömək edə bilər.

10. Problemi həll edin

Bu, ən vacibidir. Səbəbi tapdınızsa onunla mübarizə aparın. İnsanla bağlı məsələdirsə, özü ilə danışın. Bütün fikirlərinizi və boş vaxtınızı ona həsr etməyin, amma həyatınıza mane olmağına da imkan verməyin.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər