“Poeziya və musiqi” adlı ədəbi-bədii kompozisiya keçirildi

812

Dünən şəhərin Nizami meydanında Sumqayıt şəhər İcra Hakimiyyəti və şəhər Mədəniyyət və Turizm İdarəsinin birgə təşkilatçılığı ilə “Poeziya və musiqi” adlı ədəbi-bədii kompozisiya keçirildi.

Tədbirdə şairlər Əvəz Mahmud Lələdağ, Əşrəf Veysəlli, Sabir Sarvan, Rəfiqə Şəms və digərləri çıxış edərək poeziya və musiqinin vəhdət təşkil etdiyi bu tədbirin əhəmiyyətindən danışdılar.

Onların ifasında səslənən şeirləri tamaşaçılar maraqla qarşıladılar.

Mədəniyyət müəssisələri özfəaliyyət kollektivlərinin çıxışları, musiqi və incəsənər məktəbləəri şagirdlərinin ifa etdiyi xalq və bəstəkar mahnıları tədbiri daha da rövnəqləndirdi.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər