Polis paltarı geyinən qadın saxlanıldı

872

Sumqayıt şəhəri C.Məmmədquluzadə küçəsində H.Z.Tağıyev qəsəbə sakini Samirə Allahverdiyeva saxlanılıb.

sumqayitxeber.com saytı Daxili İşlər Nazirliyinə istinadən məlumat verir ki, o, qanunsuz olaraq polkovnik rütbəsində olan polis formasını geyinərək “Hyundai” markalı avtomaşını idarə edərkən Post-Patrul Xidməti Taborunun əməkdaşları tərəfindən saxlanılıb.

Daha sonra S.Allahverdiyeva Sumqayıt ŞPİ-yə təhvil verilib və onun barəsində və toplanmış materiallar şəhər prokurorluğuna göndərilib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər