Polşa klubu “Sumqayıt”la oynamaqdan imtina edib

189

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Sumqayıt”ın yoxlama oyunlarındakı rəqiblərin siyahısında dəyişiklik edilib. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, qonşu ölkədə 4 matç keçirməyi planlaşdıran Premyer Liqa təmsilçisinin sabahkı ilk sınaqçı rəqibi Rumıniyanın “Konkordiya” klubu olacaq.

Öncədən ilk rəqibin Polşanın “Poqon” klubu olacağı nəzərdə tutulsa da, sonuncular “Sumqayıt”la oynamaqdan imtina edib. Bu səbəbdən də “Gənclik şəhəri” təmsilçisi Rumıniya klubu ilə görüşməli olub.

Qeyd edək ki, “Sumqayıt” – “Konkordiya” matçı Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. Qarşılaşma “The Sense De Luxe” otelinin meydançasında keçiriləcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər
Bənzər Xəbərlər