Reklam

Reklam

Reklam

Prezident İlham Əliyev Qubadlının Xanlıq kəndində əsgərlərlə görüşüb (FOTO)

1483

Dekabrın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.

Trend-in məlumatına görə, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ermənistanın qanunsuz məskunlaşma apardığı Qubadlının Xanlıq kəndinə gəldilər, burada hərbçilərlə görüşdülər.

Prezident İlham Əliyev: Salam uşaqlar.

Əsgərlər: Sağ olun!

Prezident İlham Əliyev: Nə var, nə yox, necəsiniz?

Əsgərlər: Çox sağ olun!

Prezident İlham Əliyev: Xidmət necə keçir?

Əsgərlər: Əla. Hər şey yaxşıdır.

Prezident İlham Əliyev: Çox yaxşı. Bu, ermənilərin bizim qədim kəndimizdə saldığı bir qəsəbədir. Bizim evlərimizi söküb, ondan sonra da xaricdən gələn ermənilərin pulu ilə bu qəsəbə salınıb. İndi biz burada yaşayırıq. Siz burada məskunlaşmısınız, xidmət göstərirsiniz. Biz öz doğma torpaqlarımıza qayıtmışıq. Bu torpaqları döyüş meydanında azad etmişik. Düşməni öz torpaqlarımızdan qovmuşuq, bax, sizin kimi əsgərlərin sayəsində. Bütün dünya gördü ki, Azərbaycan əsgəri, Azərbaycan zabiti nəyə qadirdir.

Gəlin uşaqlar, gəlin.

Əsgərlər: Xoş gəlmisiniz, cənab Prezident.

Prezident İlham Əliyev: Xoş gördük. Bu, bizim qədim torpağımızdır. Əsrlərboyu xalqımız bu torpaqlarda yaşayıb.

Əsgər: Ay maşallah, igiddir, əsl igid.

Prezident İlham Əliyev: Salam, salam. Sonra şəkil çəkdirək.

Döyüş meydanında gücümüzü göstərdik. Erməniləri torpaqlarımızdan qovduq. Azərbaycan Bayrağını torpaqlarımızda ucaltdıq. Azərbaycan xalqının ən böyük arzusunu yerinə yetirdik, döyüş meydanında, danışıqlar yolu ilə yox. Bizim başımızı aldadırdılar. Bu 27 il ərzində ermənilər burada özləri üçün qəsəbə salıblar, xaricdən erməniləri gətiriblər. Xanlıq qəsəbəsinə bir eybəcər erməni adı veriblər.

Əsgərlər: “Onları iti qovan kimi qovduq” sözləriniz şüarımızdır.

Prezident İlham Əliyev: Gördülər bizim gücümüzü. Hesab edirdilər ki, bizim torpaqlarımızda əbədi oturacaqlar, bizə meydan oxuyacaqlar. Səbrimiz tükəndi, dedim irəli.

Əsgərlər: Var olun, var olun, var olsun Azərbaycan! Allah Sizi bizim başımızın üstündən əskik etməsin!

Prezident İlham Əliyev: Qəhrəman Azərbaycan əsgəri öz gücünü bütün dünyaya göstərdi. Mənə məlumat verilir ki, indi dünyanın aparıcı ölkələrinin ali hərbi məktəblərində bizim döyüş taktikamız öyrənilir. Bu, bir yenilikdir, XXI əsrin müharibəsidir. Həm peşəkarlıq, həm iradə, milli ruh, qəhrəmanlıq hesabına torpaqlarımızı işğalçılardan azad etmişik.

Əsgərlər: Sizin başçılığınız və iradəniz sayəsində.

Prezident İlham Əliyev: Sağ olun.

Əsgərlər: Biz sizinlə fəxr edirik. Yaşasın Azərbaycan! Yaşasın Azərbaycan əsgəri! Qarabağ Azərbaycandır!

Prezident İlham Əliyev: Gəlin, şəkil çəkdirək.

Əsgər: Ad gününüz mübarək, yüz yaşayın, Allah ömrünüzü uzun eləsin!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər