Prezident İlham Əliyevin təşəbbüsünün dəstəklənməsi böyük nüfuz faktıdır

1020

 BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi barədə Azərbaycan Prezidentinin təşəbbüsü böyük nüfuz faktıdır

Beynəlxalq Millətlət Taşkilatı dünyanın ən böyük universal platforma sayılır. Azərbaycan bu beynəlxalq qurumun ən fəal və qabaqcıl üzvüdür. BMT-nin dünya üzrə geniş monitorinq analizlərinin nəticəsi olan  “Davamlı inkişaf hesabatı-2020” sənədinə görə, Azərbaycanın əldə etdiyi uğurlar yüksək qiymətləndirilmiş və ölkəmiz 166 ölkə arasında  54-cü yerə layiq görülmüşdür. Bu göstərici ilə Azərbaycan bölgədə bütün ölkələri üstələmiş və  faktiki olaraq regional lider statusuna yüksəlmişdir. ÖlkəmizinBMT-nin müəyyən etdiyi bir sıra fundamental istiqamətlər üzrə əldə etdiyi nəticələr  qururvericidir.

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti və Qoşulmama Hərəkatının (QH) sədri cənab İlham Əliyevin təşəbbüsü ilə QH-na üzv ölkələr adından pandemiyaya qarşı dövlət və hökumət başçıları səviyyəsində videokonfrans formatında BMT Baş AssambleyasınınXüsusi Sessiyasının keçirilməsi təklif edilmişdir. Bu təşəbbüs həm QH ölkələri, həm də digər BMT üzv dövlətləri tərəfindən dəstəklənmişdir. 130-dan çox ölkə öz rəsmi dəstəyini ifadə etmişdir.Yalnız Ermənistan bu sessiyasının keçirilməsinə “yox” deyib. Təbii ki, işğalçı ölkənin bu etirazını özündən başqa eşidən olmadı.

Azərbaycanın təşəbbüsünün çox geniş miqyasda dəstəklənməsininözü böyük nüfuz faktıdır. Həm dəBMT-nin Azərbaycanı   “Davamlı inkişaf məqsədləri indeksi” üzrə regional lider səviyyəsinə yüksəltməsi hadisəsi ilə dövlətimizin başçısının qlobal təhdid mənbəyinə-COVİD-19 pandemiyasına qarşı beynəlxalq səylərin birləşdirilməsi məqsədilə xüsusu sessiyasının çağırılması təşəbbüsü arasında sinxronluq diqqətdən yayınmır. Deməli, Azərbaycan təkcə regionda deyil, bütövlükdə dünya miqyasında nümunəvi və örnəkverici dövlət kimi qəbul edilir.

Ölkəmizin təşəbbüsünü dəstəkləyənlər arasında BMT Təhlükəsizlik Şurasının (TŞ) daimi üzvlərindən tutmuş, kiçik ada ölkələrinə qədər dövlətlər yer almışdır. TŞ-nin daimi üzvü Rusiya Federasiyası da həmin ölkələr sırasındadır.Rusiyanın BMT yanında Daimi Nümayəndəsi Vasili Nebenza və Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova öz müsahibələrində bu barədə məlumat vermişlər.Rusiya tərəfinin də Prezident İlham Əliyevin təşəbbüsünü yüksək qiymətləndirməsi və xüsusi sessiyanın təşkili istiqamətində əməkdaşlığa hazır olduğunu bildirməsi Azərbaycanın nüfuzuna güc sahibi olan iri bir qonşu dövlət kimi Rusiyanın qiymət verməsi amili kimi diqqətəlayiqdir.

Xəbər verildiyi kimi, artıq xüsusi sessiya öz işinə başlayıb. Lakin dövlət və hökumət başçıları səviyyəsində müzakirələrin keçirilmə vaxtı dövlətlər arasında aparılacaq məsləhətləşmələrdən asılıdır. “Biz birlikdə güclüyük!”  çağırışının müəllifi olan Prezident Ilham ƏIliyevin böyük hümanizm göstərərək, bütün imkanlarımızı dünya xalqları ilə paylaşmağa hazır olduğunu bəyan etməsindən nümunə götürülməlidir.

Tarixə nəzər salsaq, indiyə qədər BMT tərəfindən 31 Xüsusi Sessiya keçirilmişdir.Bunlardan yalnız 3-ü dövlətlər tərəfindən çağrılmışdır. Azərbaycanın təklifi ilə Xüsusi Sessiya ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində və videokonfrans formatında olacaq. Beləliklə, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev öz önəmli addımı ilə BMT tarixində bir ilkə imza atmışdır.

BMT Baş Assambleyası artıq mart ayından etibarən pandemiya ilə əlaqədar öz fəaliyyətini dayandırıb.Baş Assambleyanın öz işinə nə vaxt başlayacağı da hələ məlum deyil. Payızda pandemiyanın ikinci dalğasının olacağı gözlənilir. Nəzəri olaraq BMT ümumiyyətlə bu il rəsmi olaraq toplaşmaya bilər. Bu halda sual olunur ki, bəs dünyada mövcud çoxsaylı problemlərin müzakirəsi və həlli ilə kim məşğul olmalıdır?Axı, ölkələrin və millətlərin BMT-dən böyük gözləntiləri var. Pandemiya kimi qlobal problemin müzakirəsi ilə bu qlobal təşkilat  nəyə görə məşğul olmasın?Belə bir çətin dövrdə kim qlobal liderliyi öz üzərinə götürməlidir?

Bu gün yalnız BMT-nin Ümumdünya Səhiyyə Təşkilatı pandemiya ilə məşğulluq adı ilə müvafiq açıqlamalar verir. Lakin bu təşkilat məsələnin yalnız səhiyyə aspekti ilə məşğuldur. Bəs,siyasi, iqtisadi, sosial və digər aspektlər necə olsun?   Bəşəriyyətin BMT-yə ən çox ehtiyacı olduğu bir zamanda o susur. Məgər BMT-dən böyük hansısa bir təşkilatmı var? Bu mənadahazırda BMT-yə inam və təşkilatın etibarlılığı ciddi sınaq qarşısındadır. Göründüyü kimi, İlham Əliyevin təşəbbüsü BMT üçün bu cəhətdə nxüsusilə önəmli sayılmalıdır.

Ümid edirik ki, Xüsusi Sessiya mümkün qədər tez bir zamanda təşkil olunacaqdır.Prezident İlham Əliyevin irəli sürdüyü və QH ölkələrin müdafiə etdiyi təşəbbüs dünya dövlətlərinin əksəriyyəti tərəfindən qəbul ediliyi üçün sözügedən sessiyanın keçirilməsi artıq təkcə QH ölkələrinin deyil, BMT-yə üzv olan bütün ölkələrin ümumi məsələsinə çevrilmişdir.

Əlbəttə, BMT çərçivəsində virtual formatda belə bir önəmli tədbirin keçirilməsi təşkilati bir yenilikdir. Lakin BMT-nin bununla bağlı tənzimləyici prosedur qaydalarının olmaması prosesi dayandırmalı və ya ləngitməli deyil. Qaydaların önəmli olmasıaydındır, lakin BMT də öz fəaliyyətində cari reallıqdan çıxış etməli, şəraitəuyğunlaşmalı və təşəbbüsə çevik reaksiya verməlidir. Çünki hazırda bəşəriyyət 2-ci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzə qalmışdır. Buna görə də, gərək BMT özünün prosedur qaydalarının girovuna çevrilməyib,ümumbəşəri problemin həllində ciddi səylər göstərsin. Belə qlobal təhdidlər şəraitində BMT vəziyyətə adekvat reaksiya verərək prosedur qaydalarını dəyişdirmədən (bu uzun vaxt apara bilər) müstəsna və presedent yaratmayan hal kimi videokonfrans formatında Xüsusi Sessiyasını keçirməlidir.

Onu da vurğulayaq ki, artıq virtual formatda yüksək səviyyəli tədbirlərin keçirilmə təcrübəsi formalaşıb. Belə ki, Böyük Yeddilik və Böyük İyirmilik kimi nüfuzlutəsisatların görüşləri məhz bu formatda keçirilib. Yəni texniki imkanlar yetərincədir, sadəcə siyasi istək və iradə olmalıdır. İndiki anda bütün dövlətlərdən çeviklik,kompromis ruhunda əməkdaşlıq tələb olunur. Təbii ki, burada başlıca məsuliyyət Təhlükəsizlik Şurası üzvlərinin üzərinə düşür.

Xatırlatmaq yerinə düşər ki, pandemiya dövründə artıq Azərbaycan bir sıra önəmli tədbirlərin onlayn keçirilməsinin təşəbbüskarı və təşkilatçısı olmuşdur. Belə ki, Prezident İlham Əliyevin təşəbbüsü və sədrliyi ilə aprel və may aylarında TürkŞurasının və Qoşulmama Hərəkatının videokonfrans formatında, dövlət və hökumət başçıları səviyyəsində sammitləri uğurla keçmişdir. Məhz bizim dövlətimizin rəhbəri pandemiyanın yaratdığı maneələrə cavab olaraq beynəlxalq aləmdə rəqəmsal diplomatiyanın təşəbbüskarı sayılır.

Azərbaycan videokonfrans vasitəsilə Xüsusi Sessiyanın təşkil olunması ilə bağlı formatın və modallıqların müəyyənləşdirilməsi, mühüm beynəlxalq tədbirin  sonunda mümkün qətnamənin qəbul edilməsi üçün bütün üzv ölkələrlə əməkdaşlığa, eləcə də BMT-yə texniki sahədə hər cür dəstək verməyə hazırdır.

Biz pandemiya ilə mübarizədə digər əməli fəaliyyətimizlə də nümunəvi ölkəyik. Dövlətimiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları ianə etmiş, 30-dan çox dövlətə  humanitar yardım göstərmişdir.

Bəli, dünyada həyəcan təbilini məhz Azərbaycan Respublikasının Prezidentinin çaldı, nüfuzlu beynəlxalq təşkilatların zirvə görüşlərinin və BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi  təşəbbüsünü irəli sürdü və buna nail oldu. Bu, dövlət başçımızın, eləcə də xalqımızın  hümanist dəyərlərə verdiyi yüksək qiymətin göstəricisidir.

Ümidvarıq ki, möhtərəm Prezidentimizİlham Əliyevin təşəbbüsü sayəsində, nəhayət ki, BMT dövlət başçıları səviyyəsində pandemiya ilə mübarizə kimi önəmli qlobal məsələnin müzakirəsini apara biləcək və bəşəriyyəti koronavirus pandemiyasıdan xilas edə biləcək önəmli qərarlar verəcək.

Əli NƏCƏFXANLI,  əməkdar jurnalist

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər