Prezident İlham Əliyevin gənclərin hərtərəfli inkişafına hesablanmış dövlət siyasəti

662

Ümummlilli Lider Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qaydışından sonra ən çox diqqət verilən sahələrdən biri Azərbaycan gəncliyi və onun qarşılaşdığı problemlər idi. Milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan azərbaycan dövlətinin gənclər və idman siyasətinin müəyyən edilməsi, həyata keçirilməsi üçün Ulu Öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi yaradıldı. Həmçinin, 1997-ci ildən başlayaraq  Prezident  Heydər Əliyevin müvafiq  sərəncamına əsasən hər il fevralın 2-də Azərbaycanda Gənclər günü qeyd olunur. Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının bariz nümunəsi idi.

Bugün isə Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Respublikamızda bütün sahələrdə olduğu kimi, gənclər siyasəti, gənclərlə iş sahəsində böyük uğurlar qazanılmışdır. Gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatının yaxşılaşdırılmasına yönələn bu tədbirlər ölkəbaşçısının uzaqgörən siyasətinin göstəricisi kimi qiymətləndirilir. Davamlı təkmilləşdirilən gənclər siyasəti gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratmışır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində bugün Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artmışdır.

Prezident İlham Əliyevin 2007-ci ili “Gənclər ili” elan etməsi də gənclərə və onların inkişafına böyük önəm verilməsinin daha bir sübutudur. Bu mühüm təşəbbüs gənclərin ölkənin ictimai-siyasi və mədəni həyatında fəallığının daha da yüksəlməsinə səbəb olmuşdur. Qeyd edək ki, müvafiq sərəncam çərçivəsində “2007-ci ilin “Gənclər ili” elan olunmasına dair Tədbirlər Planı” təsdiq edilmiş, o cümlədən respublikanın şəhər və rayonlarında “Gənclər evi” sosial xidmət müəssisələrinin yaradılması nəzərdə tutulmuşdur. Hal-hazırda isə ölkəmizin əksər rayon və şəhərlərini əhatə edən Gənclər evlərində gənclərin vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi, bilik və bacarıqlarının aşkar edilməsi, inkişafı, asudə vaxtlarının səmərəli itəşkili üçün hər cür şərait yaradılmişdır.

Ötən dövr ərzində ölkə başçısı tərəfindən imzalanmış sərəncamlar əsasında reallaşan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın, habelə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın nəticəsində 5000-dən artıq Azərbaycan gənci dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa müvəffəq olmuşlar. Dövlətin dəstəyi sayəsində gənclərin dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almaları məqsədilə ümumilikdə 3558 gəncə təqaüd verilmiş və bu məqsədlər üçün 200 milyon manat vəsait xərclənmişdir.

Qeyd edək ki, Prezident İlham Əliyev müvafiq istiqamət üzrə növbəti Sərəncamı  ilə “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Bu dövlət Proqramının icrası çərçivəsində isə hər il 400 nəfər olmaqla, ümumilikdə 2000 nəfərədək Azərbaycan gəncinin xaricdə nüfuzlu ali təhsil müəssisələrində ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcəkdir.

Müstəqil Azərbaycanda gənclərin maraqlarını təmin edən, beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasətinin formalaşdırılması və uğurla həyata keçirilməsi məqsədilə dövlət başçısı cənab İlham Əliyevin təşəbbüsü ilə 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu yaradılmışdır. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları dəstəkləmək məqsədi qoyulmuşur. Məhz bu Fondun yaradılması, bilikli, peşəkar, istedadlı gənclərin dəstəklənməsi üçün Prezident Mükafatının təsis edilməsi, gənclərin hərtərəfli inkişafını stimullaşdırmışdır. Qeyd edək ki, fond 2018-ci ildə yenidən təşkil edilmiş və yeni adı ilə Azərbaycan Respublikasının Gənclər Fondu adlandırılmışdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin növbəti Sərəncamı ilə Azərbaycan Respublikasının şəhər və rayonlarında yaşayan gənc vətəndaşların dövlət gənclər siyasətinin tələblərinə, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəlsəfəsi və azərbaycançılıq məfkurəsinə uyğun şəkildə hərtərəfli inkişafının təmin olunması məqsədilə ölkənin şəhər və rayonlarındakı Heydər Əliyev Mərkəzlərində Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin yaradılması və fəaliyyətinin təmin edilməsi qərara alındı. Hal-hazırda isə Respublikanın 55 şəhər və rayonunda Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəlikləri fəaliyyət göstərir.

Gənclər siyasətinin inkişafı üçün görülən işlərin fonunda bütün sahələrdə gənclərin fəallığı, təşəbbüskarlığı, irimiqyaslı layihələrin icrasında və idarəetmədə rolu artmış, vətənpərvərlik ruhu və vətəndaşlıq mövqeyi möhkəmlənmişdir. Həmçinin ölkəmizdə könüllülük hərəkatı genişlənmiş, 2012-ci il Avroviziya Mahnı Müsabiqəsi, I Avropa Oyunları, Formula -1 Bakı Qran Prisi və 2017-ci il IV İslam Həmrəyliyi Oyunları nəticəsində isə daha böyük vüsət almışdır.

Bildiyiniz kimi, gənclər arasında könüllülük fəaliyyətinin təbliği hər zaman dövlətin xüsusi diqqət mərkəzində olmuşdur. Prezident İlham Əliyev 2019-cu il dekabrın 30-da gənclərin fərdi inkişafına təkan vermək, onlarda sosial məsuliyyət hissini artırmaq, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə “Azərbaycan Respublikasında 2020-ci ilin “Könüllülər ili” elan edilməsi haqqında” Sərəncam imzalamışdır. Sənəddə bir daha vurğulanmışdır ki, könüllülük – insanları vahid niyyət ətrafında birləşdirən, vətəndaş, cəmiyyət və dövlətin birgə fəaliyyətinin ən uğurlu formatıdır. Könüllülük həm də vətənpərvərlik məktəbi, öz xalqına, dövlətinə, milli-mənəvi dəyərlərə bağlılıq və xidmət örnəyidir.

Bu gün həm də savadlı, müasir kadrların irəli çəkilməsi ilə həm də hakimiyyətdə gəncləşmə siyasəti həyata keçirilir. Bu islahatların ilk anonsunu dövlət başçısı 2018-ci ilin 11 aprelində keçirilmiş növbədənkənar prezident seçkilərində qalib gəldikdən dərhal sonra vermişdi. Və sevindirici haldır ki, bu islahatlar bugün də uğurla davam etdirilir. İstedadlı kadrların seçilməsi və inkişaf etdirilməsi də yüksək səviyyədə diqqət və qayğı göstərən Prezident İlham Əliyevin 2019-cu il 26 iyul tarixli Sərəncamı ilə “Yüksəliş” müsabiqəsi təsis edilmişir. Qeyd edək ki, müsabiqənin əsas məqsədi intellektual səviyyəsi və idarəçilik keyfiyyətləri yüksək olan perspektiv rəhbər şəxslərin müəyyən edilməsi, dəstəklənməsi və ölkədə kadr ehtiyatı bankının yaradılmasıdır.

Təsadüfi deyil ki, ölkə başçısının son təyinatları ilə bağlı mühüm və məsul vəzifələrdə gənc, amma təcrübəli kadrların yer alması cəmiyyətin bütün təbəqələri tərəfindən də rəğbətlə qarşılandı. Gənclərlə yanaşı, digər təbəqələrdən olan ölkə vətəndaşları da gənc kadrların yüksək postlara təyinatlarına yüksək həssaslıqla yanaşdı və Prezidentin bu xüsusdakı sərəncamlarrını alqışladılar.

Ötən dövr ərzində gənc idmançılarımızın qələbələri və ölkəmizdə keçirilmiş müxtəlif beynəlxalq yarışlar isə Azərbaycanı bir daha idman ölkəsi kimi təsdiqlədi. 1997-ci ildən etibarən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti seçilmiş dövlət başçısı İlham Əliyev gənclərin idmana cəlb olunması məsələsinə hər zaman xüsusi diqqət ayırmışdır. Məhz bu diqqətin nəticəsi kimi Azərbaycanın müxtəlif bölgələrində ümumilikdə 20-yə yaxın müasir tipli olimpiya kompleksi inşa olunmuşdur. Son 10 ildə Naxçıvanda, Gəncədə, Şəkidə, Bərdədə, Lənkəranda, Qubada, Zaqatalada, Masallıda, Qazaxda, Şamaxıda, Tovuzda, Salyanda, Yevlaxda və digər rayonlarda dünya standartlarına uyğun olimpiya-idman kompleksləri tikilərək idmançıların istifadəsinə verilmişdir. Hazırda isə Mingəçevir şəhərində Avropada analoqu olmayan avarçəkmə bazası yaradılır. Bütün bunlar gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir.

Tarixi missiyanı həyata keçirən qəhrəman gənclərimiz onlara göstərilən etimadı hər zaman doğrultmuş, xalq qarşısında, Vətən qarısında daim misilsiz xidmətlər göstərmişlər. 44 günlük Vətən Müharibəsində də Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdırmışlar. Məhz onların rəşadəti sayəsində əldə olunan Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etmiş, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarına qovuşmuşdur. Müstəqillik dövründə yetişən gənclər, vətənpərvərlik ruhunda yetişən gənclər bu tarixi hadisəni, tarixi müjdəni Azərbaycan xalqına bəxş etmişlər.

Bəli, Şanlı Zəfərimizlə yükunlaşan Vətən müharibəsində işğal olunmuş torpaqlarımızın azadlığı uğrunda vuruşanların əksəriyyəti gənclər idi.  Lakin təkcə döyüş meydanında deyil, informasiya savaşında da gənclərin rolu danılmazdır. Biz 44 günlük Vətən müharibəsində bəlkə də ilk dəfə hər sahədə həmrəyliyimizin, gücümüzün şahidi olduq. İstər sosial şəbəkələr üzərindən, istərsə də xarici KİV-lərin məlumatlandırılması baxımından bütün  cəbhələrdə gənclərimiz mərdliklə mübarizə apardılar.

Gənclərin dünyagörüşü fərqlidir, dünyada gedən bütün müasir proseslərə onlar daha yaxşı bələddir. Qloballaşma dövründə milli maraqlara və milli dəyərlərə əsaslanan, beynəlxalq təcrübəni nəzərə alan Azərbaycan dövlətinin gənclər siyasəti gəncləri ölkədə gedən proseslərdə həm iştirakçı, həm də bəhrələnən sosial qrup kimi qəbul edir. Bunun nəticəsidir ki, ötən dövr ərzində gənclər siyasəti və gənclərlə iş sahəsində mühüm nəticələr əldə edilmişdir.

Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Belə ki, gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir.

Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, bu ölkənin vətəndaşıdır. Vətənə bağlılıq, Vətənə sevgi, Vətən maraqlarını, dövlət maraqlarını hər şeydən üstün tutmaq isə hər bir gəncin borcudur.

Gənclər bütün bunları nəzərə alaraq öz gələcək həyatını düzgün müəyyənləşdirməli, dövlətimizin onlar üçün yaratdığı şəraitdən maksimum və səmərəli istifadə etməli və bayrağımızı daim zirvələrə daşımaq üçün fəal olmalıdırlar.

Rüfət Mahmudzadə, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər