Prezident İmamverdi İsmayılovla bağlı sərəncam verdi

3354

rezident İlham Əliyev Milli Məclisin deputatı İmamverdi İbiş oğlu İsmayılovla bağlı sərəncam verib. 

Sərəncama əsasən, ölkənin ictimai-siyasi həyatında fəal iştirakına görə millət vəkili “Şöhrət” ordeni ilə təltif edilib.

 Qeyd edək ki, iyunun 10-u İ.İsmayılovun 60 illik yubileyidir.

İmamverdi İsmayılov 1958-ci il iyunun 10-da Zəngilan rayonunun Vənətli kəndində anadan olub. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini və Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu bitirib.

1995-ci ildən (5 çağırış) Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.

Parlamentin Azərbaycan-Avstraliya parlamentlərarası işçi qrupunun rəhbəridir.

İmamverdi İsmayılov uzun illər jurnalist fəaliyyəti göstərib. Əməkdar jurnalist, “Qızıl qələm” mükafatları alıb.

Evlidir, 3 övladı var.

sumqayitxeber.com kollektivi olaraq İmamverdi müəllimi təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq!

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər