Prezident ona yeni vəzifə verdi

437

Prezident İlham Əliyev Zaur Mikayılovla bağlı Sərəncam imzalayıb.

Sərəncamla Zaur Rauf oğlu Mikayılov yeni yaradılan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.

Qeyd edək ki, bu təyinatadək Z. Mikayılov Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri idi. Dövlət başçısının bugünkü fərmanı ilə “Azərsu” ASC və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib.

49 yaşlı Mikayılov Zaur Rauf oğlu daha əvvəl ölkənin əsas marketlər şəbəkələrindən olan BRAVO-nun məxsus olduğu “Azərbaycan Supermarket” MMC-yə rəhbərlik edib.

O, “PAŞA Construction” tikinti şirkətində yüksək vəzifə tutub və “Port Baku Towers”in baş direktoru olub. 2001-2009-cu illər ərzində isə “Bakcell” MMC-də baş kommersiya inzibatçısı kimi çalışıb.

Zaur Mikayılov Bosfor Universitetinin “Biznesin idarə olunması” fakültəsini bitirib.

Qeyd edək ki, Zaur Mikayılov Şirvan Aşıq Məktəbinin banisi olan Aşıq Bilalın nəticəsi, ustad aşıq Aşıq Ağaların isə nəvəsidir. Atası Rauf Mikayılov tanınmış həkim olub və ötən il vəfat edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Müzakirə qapadılmışdır.

Bənzər Xəbərlər