Prezident: “Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir”

1171

“Biz bu il yeni Sumqayıt-Rusiya sərhədi yolunun tikintisi üçün də böyük vəsait nəzərdə tutmuşuq. Bu, sahil boyu ilə Rusiya sərhədinə gedən tamamilə yeni bir yoldur. Beləliklə, həm Rusiya sərhədinə gedən ikinci yolumuz olacaq, eyni zamanda, çox keyfiyyətli yol olacaq”.

SUMQAYİTXEBER.COM xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident deyib ki, Sumqayıt-Rusiya sərhədi yolunun böyük hissəsi bu il icra edilməlidir: “Natamam qalmış Bakı-Gürcüstan sərhədi yolu. Gəncə şəhərinə qədər dördzolaqlı yol salınıb və Gəncədən Gürcüstan sərhədinə qədər ikizolaqlı yolu biz dörd zolağa genişləndirməliyik. Bu məqsədlər üçün də vəsait nəzərdə tutulub. Şəhərlərarası, şəhərlərdaxili və kənd yolları tikiləcək”.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər