Prezident Sumqayıta səfəri zamanı post müharibə dövrü üçün yeni hədəfləri açıqladı

1190

Prezident Sumqayıta səfəri zamanı post müharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri açıqladı

Sənayeləşmə və qeyri-neft sənayesinin inkişafı Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin əsas istiqamətlərindəndir. Bu məqsədlə hələ regionların inkişafına dair ilk dövlət proqramı qəbul edilərkən qeyri-neft sənayesi ölkənin gələcək iqtisadi inkişafının prioretitet istiqamətlərindən biri kimi seçilmişdi. Bu siyasət sonrakı illər də davam etdirilmiş, 2014-cü  il Azərbaycanda “sənaye ili” elan edilmişdi.

Qeyri-neft sənayesinin inkişafı ölkənin karbohidrogen daşıyıcılarının hasilatı və ixracından əldə edilən gəlirlərdən, həmçinin daxili istehsalın və istehlak bazarının idxaldan asılılığını azaldır, ixracın şaxələnməsinə xidmət edir.

Son 17 il ərzində ölkədə yüzlərlə müasir sənaye müəssisəsi, yeni istehsal sahələri, müxtəlif bölgələrdə sənaye parklarıyaradılıb, daxili tələbatın ödənilməsində yerli məhsulların payı əhəmiyyətli dərəcədə artıb, ixrac imkanları genişlənib.

Prezident İlham Əliyev Sumqayıta səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində mühüm məqamlara toxundu və önəmli mesajlar verdi. Ölkə başçısı bildirdi ki, yerli istehsal canlanır, yeni iş yeri yaradılır və iqtisadiyyatımızın şaxələndirilməsi təmin edilir. Yeni “sulfat turşusu istehsalı” zavodunun fəaliyyətə başlaması ilə idxal yerli istehsalla əvəz olunacaq, məhsulları Gürcüstana və Rusiyaya ixrac edilməsi də planlaşdırılır. Sumqayıtda şüşə tara məhsullarının və vərəqə şüşənin istehsalı qeyri-neft sektorunun bu məhsullara tələbatını təmin edəcək,məhsulların ixrac potensialı da olacaq.

Səfər zamanı Prezident İlham Əliyev vurğuladı ki, yeni müəssisələrin yaradılmasının və təməlinin qoyulmasının həm ölkə, həm də Sumqayıt şəhərinin inkişafı üçün çox böyük əhəmiyyəti var.

Prezident İlham Əliyev:Sumqayıt hazırda nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci böyük sənaye şəhəridir və müasir sənaye mərkəzidir. Son illər ərzində Sumqayıtda yaradılmış bütün müəssisələr ən yüksək ekoloji standartlara cavab verir. Sumqayıt həm memarlıq, həm də ekoloji baxımdan gözəl şəhərdir, havası təmizdir, gözəl bulvarı var və iş yerləri də yaradılır.

Sovet vaxtıtikilmiş və istismar müddətini başa vurmuşçoxsaylı müəssisələrin yerində 10 il bundan əvvəl 500 hektar sahəni əhatə edən Sumqayıt Kimya Sənaye Parkı yaradılmışdır.

Qeyri-neft sektorunun inkişafı, idxaldan asılılığın azalması sayəsində Azərbaycanın  valyuta ehtiyatları az da olsa, artıb.

2020-ci ildə Azərbaycanda qeyri-neft sənaye sahəsində artım 12,5 faiz olub.

Prezident İlham Əliyev: Sənaye, kənd təsərrüfatı və  qeyri-neft sektorunun inkişafı, ixrac imkanlarının artması, idxaldan asılılığın azaldılması yeni  iqtisadi reallıq yaradıb.

Prezident Sumqayıt şəhərinə səfəri zamanı post müharibə dövrü üçün müəyyən etdiyi yeni hədəfləri açıqladı:

 Azad olunmuş torpaqların bərpası dövlət siyasətində xüsusi yer tutur.

  • İşğaldan azad olunmuş torpaqlarda çox böyük potensial – bərpaolunan enerji növləri, qiymətli təbii sərvətlər, qızıl yataqları, mis yataqları, çaylar, su anbarları, kənd təsərrüfatı üçün münbit torpaq, turizm imkanları var.
  • Azad olunmuş bölgələr növbəti inkişafımızın aparıcı qüvvəsinə çevriləcək.
  • Azad edilmiş torpaqların idarə edilməsi ilə bağlı Prezidendin ideyaları yaxın zamanlarda həyata keçiriləcək.
  • Azad olunmuş bölgələrdə mövcud olan vəziyyətə uyğun müasir idarəetmə sistemi qurulmalı,şəhərsalma, dövlət orqanlarının funksiyaları planlı şəkildə təmin edilməlidir.
  • Azərbaycanın inkişafı üçün yeni bir dövr başlayıb.
  • Müharibənin başa çatması investisiyaların cəlb edilməsini daha asanlaşdırır.

Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, bu gün dünyada Azərbaycan kimi inkişaf üçün bir çox amilləri özündə ehtiva edən ölkələrin sayı azdır. Azərbaycanda lazım olan bütün istehsalat sahələrinin yaradılması, yeni investisiyalar cəlb edilməsi üçün  gözəl biznes mühiti, siyasi sabitlik, xalq-iqtidar birliyi,  təhlükəsizlik təmin edilib, əlverişli coğrafi yerləşmə, infrastruktur, hazırlıqlı peşəkar kadrlar, ixrac bazarları, qonşu ölkələrlə yaxşı işgüzar münasibətlər  var.

Prezident İlham Əliyevin  şəhərə etdiyi hər bir səfər Sumqayıtın tarixinə yeni səhifələr açır. Ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Sumqayıt şəhərinə 2 dəfə səfər etmişdir. Səfər çərçivəsində mühüm əhəmiyyətə malik olan sənaye müəs­sisələri­nin açılışında iştirak etmişdir. Böyük iftixar hissi ilə demək olar ki, dövlət başçısının şəhərimi­zə hər gəlişi sumqayıtlılar üçün böyük bayrama çevrilir, şəhərin inkişafında yeni mərhələ açır.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər