Prezident sumqayıtlı məktəblilərə hədiyyə göndərdi

2240

Sumqayıt şəhər Təfəkkür liseyinin 7b sinif şagirdi Məmmədli Ceyhun Məmməd oğlunun Preziden İlham Əliyevə ünvanladığı məktub cavabsız qalmayıb.

Belə ki, bacısı Məmmədli Aydəniz ilə eyni gündə doğum gününü qeyd edən Məmmədli Ceyhun Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb: “Mən və bacım Aydənizin doğum günü 24 dekabrdadır. Biz çox şadıq ki, bizim doğum günümüz Prezidentimizin doğum günü ilə bir günə təsadüf edir. Sizinlə eyni gündə dünyaya göz açmağımız bizi şad edir və şərəflidir”.

Prezident İlham Əliyev sumqayıtlı məktəblilərin doğum gününü  təbrik edib, onlara hədiyyə göndərib.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məktəbli qardaş-bacıya kompüter və digər hədiyyələri təqdim edib, onlara dərslərində müvəffəqiyyətlər arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər