Prezidentin icra başçısı təyin etdiyi gənc sumqayıtlıdır – TANITIM

5844
Prezident İlham Əliyev Azər Bəhlul oğlu Qocayevin Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
sumqayitxeber.com xəbər verir ki, Azər Qocayev 1985-ci ildə Sumqayıt şəhərində anadan olub. O, Sumqayıt şəhər 31 saylı tam orta məktəbdə təhsil alıb. Ali təhsilini isə Sumqayıt Dövlət Universitetinin energetika fakültəsində alıb.
Təhsilini başa vurduqdan sonra bir müddət “Azərişıq” ASC-nin Sumqayıt şöbəsində çalışıb. Daha sonra “Azərbaycan Dəmir Yolları” QSC-də əmək fəaliyyətinə davam edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər