Prezidentin mükafatlandırdığı 22 yaşlı sumqayıtlı gənc: “Xəbəri eşidəndə yaxşı mənada şok oldum” – FOTOLAR

1339
Xəbər verdiyimiz kimi, İlham Əliyev 2 Fevral Gənclər günü münasibətilə gənclərin mükafatlandırılması haqda sərəncam imzalayıb.
Prezident tərəfindən mükafatlandırılan gənclərdən olan Sara Rəcəbli təəssüratlarını azxeber.com-la bölüşüb.
22 yaşlı Sara Rəcəbli üçün mükafat alması gözlənilməz olub: “Mükafat alacağımı dünən bildim. Əslində bu mənim üçün gözlənilməz oldu. Sözün yaxşı mənasında şok oldum. Mənə elə gəlir ki, 2018-ci il “BUTA Art Sweets” və digər layihələrimə görə təltif olundum. Çünki biz bu layihəmizlə fiziki məhdudiyyətli xanımlara dəstək olaraq, onların əl işlərinin satılmasında onlara kömək etdik. Bununla yanaşı fiziki məhdudiyyəti olan xanımlara tədbir və təlimlər keçərək, cəmiyyətə töhfə vermək istədik. Bunu da bacardiq”.
Sara bu mükafata görə Prezidentə təşəkkür edib: “Mənə göstərilən bu etimada görə cənab prezidentə təşəkkür edirəm. Bundan sonra da Azərbaycanımız üçün əlimdən gələn hər şeyi edəcəm”.
Qeyd edək ki, Sara Rəcəbli 1996-ci ildə Sumqayıt şəhərində anadan olub. Azərbaycan Dövlət Menecment və Turizm Universitetinin məzunudur. Bir çox beynəlxalq təqaüdlərin qalibi olaraq 12 ölkədə dövlətimizi təmsil edib. 2017-ci ildən sahibkarlıqla məşğul olmağa başlayıb. 2018-ci il “BUTA Art Sweets” brendini yaradaraq fziki məhdudiyyətli xanımlara dəstək olub. Bu brend Azərbaycanın ilk sosial biznes brendi kimi BMT-də təmsil olunub. Bu layihə haqda BBC VƏ Əl Cəzirə telekanallarında geniş məlumat dərc olunub. xeberle.com

Prezidentin mükafatlandırdığı 22 yaşlı sumqayıtlı gənc: "Xəbəri eşidəndə yaxşı mənada şok oldum" - FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər