Prezidentin təyin etdiyi xanım direktor kimdir? – FOTOLAR

1014

Xəbər verdiyimiz kimi, İlham Əliyev Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fonduna Mehriban Natiq qızı İmanovanı icraçı direktoru təyin edilib.

Unikal.org-un məlumatına görə, Mehriban İmanova 26 fevral 1977-ci ildə Bakı şəhərində anadan olub.  1985-1995-ci illərdə Baki şəhəri 236 saylı orta məktəbdə oxumuş və oranı bitirib.

1995-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin bakalavr təhsil pilləsinə daxil olmuş və 1999-cu ildə oranı bitirib. 1999-cu ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin  magistratura pilləsinə daxil olmuş və 2001-ci ildə oranı (Hesablama riyaziyyatı ixtisası) bitirmirmişdir. 2003-2007-ci illərdə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin aspirantı olmuşdur. 2001-ci ildə Baki Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Hesablama riyaziyyatı kafedrasının baş laborantı kimi əmək fəaliyyətinə başlamışdır.

2010-ci ildə namizədlik dissertasiya işini  müdafiə edərək  riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. 2009-cu ildən Hesablama riyaziyyatı kafedrasında tam ştat müəllim, 2013-cü ildən dosent əvəzi, 2016-ci ildən isə dosent vəzifəsində çalışır.

M.N. İmanova 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

Ailəlidir, iki övladı var.

  • Prezidentin təyin etdiyi xanım direktor kimdir? -FOTOLAR

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər