“Qaçqınlar üçün bir addım atın” kampaniyasına qoşulaq!

1210

Bütün internet istifadəçiləri “Qaçqınlar üçün bir addım atın” kampaniyasına aşağıda təsvir olunan şəkildə qoşula bilər.

  1. org/en/internet səhifəsinə daxil olaraq “JOİN THE MOVEMENT”yazılan qrafaya tıklayın.
  2. Sağ tərəfdəki qrafalarda müvafiq olaraq adınızı (üzərində “First name*”sözləri yazılan hissəyə), soyadınızı (üzərində “Last name*”sözləri yazılan hissəyə),elektron poçt ünvanınızı (üzərində “Emal*” sözü yazılan hissəyə) və mobil telefon nömrənizi (üzərində “Phone number*” sözü yazılan hissəyə) qisa boşluqda “+994” geniş boşluqda isə operator kodundan asılı olaraq 50, 51, 55, 70, 77 və s. qeyd edərək ardınca mobil nömrənizin son 7 rəqəmini yazın. Nəzərə alın ki, həmin səhifədə ingilis dilində qeyd olunduğu kimi, BMT QAK bölüşdüyünüz bütün məlumatlardan yalnız xidməti məqsədlə və təşkilatın məxfi məlumatlarla bağlı qaydalarına (Privacy Policy) uyğun şəkildə istifadə edəcəkdir.
  3. Üzərində“Country/Region*”, içərisində isə “Please choose a country / region” sözləri yazılan qrafanın sağındakı tik işarəsinə basaraq aşağıya doğru çevirməklə “Azerbaijan” variantını seçin.
  4. Aşağıdakı hissədə kiçik qrafanı tıklamaqla siz kampaniyaya neçə kilometr töhfə verdiyinizi izləmək istəyinizin olduğunu ifadə edirsiz və bundan sonra sizin email ünvanınıza bu barədə mütəmadi olaraq məlumatlar göndəriləcək. Seçiminizdən asılı olaraq, yəni belə elektron məkublar almaq istəmirsinizsə,bu hissəyətoxunmadan keçə bilərsiniz.
  5. Ən aşağıda isə mavi qrafada ağ şriftlərlə “GET STARTED” sözləri yazılmış qrafaya tıklayın.
  6. Soldakı pəncərə açıldığında sağ tərəfdə orta hissədə yerləşən üç qrafadan ən sağdakını “ADD MANUALLY” yazılan hissəni seçin. Bundan sonra sağdakı pəncərə açılacaq və siz burada “Kilometers”yazılan qrafadan soldakı daha kiçik qrafada son bir həftə ərzində yeriməklə, yaxud mühərrikli nəqliyyatdan istifadə etmədən hər hansı şəkildə qət etmiş olduğunuz məsafənin təxminən neçə kilometr olduğunu qeyd edin (maksimum 50 km).Kampaniyaya “Fitbit” və ya “Strava” tətbiqlərini telefonunuza yükləməklə qoşula bilərsiniz. Bu halda qət etdiyiniz məsafə kampaniyaya töhfə kimi müntəzəm olaraq avtomatik qeydə alınacaqdır.
  7. Nəhayət mavi qrafada ağ şriftlərlə “ADD”sözü yazılan qrafaya tıklamaqla kampaniyaya qoşulmuş olursunuz. İstəyinizdən asılı olaraq bu addımınızı sosial şəbəkədə paylaşmaq üçün son açılan pəncərədə gördüyünüz “Facebook” yaxud “Twitter” loqolarına tıklaya bilərsiniz.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər