Qadının işlədiyi yer uşağının sağlamlığına təsir edir - ARAŞDIRMA

1160
Alimlər müəyyən ediblər ki, qadının işi onun hələ doğulmamış körpəsinə birbaşa təsir göstərməyə qadirdir.
Medicina.az xəbər verir ki, buna qədər artıq sübut edilmişdi ki, bəzi kimyəvi birləşmələr körpədə astma xəstəliyinin inkişafı riskini artırır. Lakin iş yeri ilə sağlamlıq arasındakı analoji əlaqəni yalnız indi aydınlaşdırmaq mümkün olub.
Kəşf Danimarkadakı İctimai Sağlamlıq Məktəbinin əməkdaşlarına məxsusdur. Onların elmi işlərinin əsasını 43 minə yaxın yeddi yaşlı uşağın sağlamlıq vəziyyəti təşkil edir. Məlum olub ki, mebel, ayaqqabı, rəng və avtomobil hissələri ilə işləyən qadınlar daha tez-tez astma xəstəliyinə düçar olmuş uşaqlar dünyaya gətirirlər. Bu diaqnoz müayinə olunan uşaqların təxminən 16 faizində qeydə alınıb.
Araşdırmanın rəhbəri Berit Xvass Kristensenin sözlərinə görə, bu araşdırma uşaqların vəziyyəti və anaların işinin irimiqyaslı təhlili istiqamətində ilk addımdır. Qarşıda astmanın arxasında məhz hansı substansiyanın dayandığını aydınlaşdırmaq durur. “Bir şeyi dəqiq söyləmək mümkündür: təmiz hava sağlamlığın rəhnidir”, – alim qeyd edib.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər