Qadınların cəmiyyətdəki rolundan danışıldı – SUMQAYITDA

651
 YAP Sumqayıt şəhər təşkilatında məktəbəqədər tərbiyə müəssisələrinin Qadınlar Şurasının sədrləri, təşkilatın partiya fəallarının iştirakı ilə yığıncaq keçirilib.
 Şəhər təşkilatından sumqayitxeber.com -a verilən məlumata görə, yığıncağı giriş sözü ilə YAP Sumqayıt şəhər təşkilatı sədrinin Qadınlarla iş üzrə müavini Səkinə Sadıqova açaraq ölkədə həyata keçirilən qadın siyasətindən, qadınların ictimai-siyasi həyatda fəallığının artırılmasından söz açıb. Yığıncaqda son iki ildə Sumqayıtda aparılan böyük quruculuq-abadlıq işlərindən, insanların asudə vaxtının səmərəli iştirakı üçün yaradılmış dəniz kənarı bulvarı, park və meydanlarının qorunub saxlanmasında ictimaiyyətin rolunun artırılması istiqamətində çıxışlar olub.
 YAP Sumqayıt şəhər təşkilatı Qadınlar Şurasının sədri Nazilə Cəlilova isə çıxışında qadınlara göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib, qadınların qarşısında duran vəzifələrin həyata keçirilməsində hər kəsə uğurlar arzulayıb.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər