“Qalatasaray” qalib gəldi – Video

1368

Türkiyə Super Liqasında 7-ci turun oyunlarına start verilib.

“Qafqazinfo” xəbər verir ki, turun açılış matçında “Qalatasaray” öz meydanında son pillədə yer alan “Ərzurumspor”u qəbul edib.

“Sarı-qırmızılılar” ilk hissədə autsayderin müqavimətini qırmaqda çətinlik çəkib və yalnız 74-cü dəqiqədə istəyinə nail ola bilib. Maykonun vurduğu qol “Qalatasaray”a 1:0 hesablı qələbə qazandırıb.

“Cimbom” bu qələbə sayəsində müvəqqəti də olsa yenidən liderliyə yüksəlib.

Qeyd edək ki, turun digər oyunları qarşıdakı 3 gün ərzində baş tutacaq və “Qalatasaray” liderlikdə qalmaq üçün yaxın izləyicilərinin xal itirməsini gözləyəcək.

www.sumqayitxeber.com

Kateqoriyalar:
Etiketlər:
Şərhlər

Bir cavab yazın

Facebook Şərhlər
Bənzər Xəbərlər